BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
64622

Səhm bazarı beynəlxalq olaraq aktualdır və qlobal iqtisadiyyatda da mühüm rol oynayır. Xarici şirkətlər səhmlərini alıb-sataraq, iqtisadi cəhətdən güclənməyə çalışırlar və qlobal səhm bazarında da yerini tuturlar. Azərbaycanda  isə səhm bazarına şirkətlərin yanaşması fərqlidir və ölkəmizdə səhm bazarı yaxşı səviyyəyə gəlməyib. Azərbaycanda səhm bazarının aktiv olmamasının səbəbləri nələrdir? Səhm bazarının aktiv olmaması biznes sektorumuza necə təsir edir?

“Əsas səbəb – alıcı kütləsi yoxdur”

İqtisadçı ekspert Günay Hüseynova Valyuta.az-a açıqlamasında bildirdi ki, səhm bazarının ölkəmizdə inkişaf etməməsinin bir çox səbəbi var:

“Birinci səbəb alıcı kütləsinin olmamasıdır. Eyni zamanda, iqtisadi və maliyyə cəhətdən maarifləndirmə zəifdir. Heç bir kəs bilmədiyi sahəyə investisiya yatırmaz, bu sahənin mütəxəssisinə də etibar etməz. Digər faktor səhmlərə əlçatanlığın aşağı olmasıdır. Nümunə üçün Türkiyədəki bank tətbiqlərini göstərmək olar. Təqdim olunan istənilən şirkətin səhmini almaq və sahib olduğu səhmi satmaq olur. Təəssüf ki, bu sistem ölkəmizdə yoxdur. Əgər bu sistem bizdə də olsa, məlumatı olmayan şəxs belə baxıb, araşdırıb öyrənə bilər. Yaxud da səhmlərin qiymətlərinin büdcəyə uyğunluğu problemi olur. Eyni zamanda, səhmini alacağımız şirkətə güvən məsələsi də narahatlıq yaradan məqamlardandır”.

İqtisadçı ekspert deyir ki, vətəndaşlarda maraq yaratmaq üçün ilk olaraq dövlət addım atmalıdır: “Azərbaycanda pulu yastıq altında saxlamağı üstün tutanlar çoxdur. Ən yaxşı halda isə daşınmaz əmlaka yatırırlar. Əhalinin müəyyən hissəsi banklara etibar etmir. Səhm bazarı inkişaf etsə, dövlət müəssisələri səhm buraxsa, vətəndaşların da bu sahəyə marağı yaranar. Özəl müəssisələrə gəldikdə isə, onların əksər qismi tam olaraq inam qazanmayıb. Bağlansa, vətəndaşın pulunun aqibəti necə olar? - sualı narahat edir. Sui-istifadə, dələduzluq halları ola bilmə düşüncəsi vətəndaşları bu bazardan uzaqlaşdırır. Ən əsas faktor insanların iqtisadi və maliyyə savadını artırmaq və səhmləri onların üçün əl çatan etməkdir”.

Səhm bazarı inkişaf etsə, iqtisadiyyat da, biznes də...

G.Hüseynova bildirdi ki, səhm bazarının inkişaf etməsi biznes sektorunun və bununla da iqtisadiyyatın inkişafı deməkdir: “Hazırda ölkəmizdə biznes orta tempdə inkişaf edir. Dünyada gedən səhm alış-satışı prosesinin ölkəmizdəki biznes mühitinə birbaşa ciddi təsiri yoxdur. Səhm bazarının aktiv olmaması təbii ki, bu sahəyə öz təsirini göstərir. Yəni, biznes sahəsi daha da yaxşı inkişaf edə bilərdi. Tutaq ki, bir vətəndaş öz vəsaitini depozit olaraq qoyurdusa, illik ən yaxşı halda 11% əldə edirdisə, biznes mühitində bu, həm vətəndaş, həm də biznesmen üçün daha çox gəlir gətirə bilərdi. Onu da qeyd edək ki, səhm bazarının bu sahədə inkişafı bank sektorunu zəiflədə bilər”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pensiyalar ilə bağlı vacib MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin