BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
64313

Yaxın günlərdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi ilə bağlı layihənin (AESP) əlavə maliyyələşdirilməsi üzrə saziş imzalanacaq.

Dünya Bankının məlumatına əsasən, 2024-cü ilin iyul ayında özünüməşğulluq proqramının genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə təsdiq edilib.

Əlavə maliyyələşdirmə Azərbaycanın özünüməşğulluq proqramını dəstəkləməyə davam edəcək və iqtisadi fəaliyyətin şaxələndirilməsi və şoklara davamlılığın təmin edilməsi üçün istehsal və xidmətlər kimi yeni sektorlara genişləndirilməsini təmin edəcək.

Bundan əlavə, bu maliyyələşdirmə benefisiarlara təkmilləşdirilmiş pul qrantları sxemini sınaqdan keçirmək imkanı verəcək. Bununla onlar öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə edə biləcəklər.

AESP üçün əlavə maliyyələşdirmə, həmçinin Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlar spektrini genişləndirmək imkanlarını təkmilləşdirəcək. Bu yeni dəstək sayəsində agentlik iş yerində təlim, əməkhaqqı subsidiyaları, peşə təlimi və müəyyən peşələr üçün sertifikatlaşdırma haqqının ödənilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Bu proqramların iş axtaranların məşğulluğunu stimullaşdıracağı və onların istehsal, eləcə də xidmət sektorunda məşğulluq imkanlarını artıracağı gözlənilir.

Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində ümumi öhdəlikdən 87,8 milyon ABŞ dolları ayrılıb.

Ötən ilin noyabr ayının sonuna olan məlumata görə, 80 mindən çox müraciət daxil olub ki, bunlardan 29 mindən çox iştirakçı seçilib. 27 mindən çox insan biznes bacarıqları üzrə təlim keçib və təxminən 19 min iştirakçı öz işini idarə etmək üçün aktivlər əldə edib.

Xatırladaq ki, layihə 2020-ci ildə başlayıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin icra müddəti 2029-cu ilin dekabrın 31-dək uzadılıb.

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin