Dövlət agentliyi ilə 1 manat 40 qəpiklik şirkət arasında 169 minlik müqavilə
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Füzuli rayonunun Horadiz şəhərində yerləşən ANAMA-ya qazanxananın qazlaşdırılması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 169 840,81 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2" şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.
Açıq mənbələrdə "Elnur-2" şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə "MTN işi"ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə "Texnikabank"ın "Proqress" filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.
Mediada gedən məlumatlardan aydın olur ki, şirkət əsasən şübnhəli tenderlərin qalibi olur.
Bu arada qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası ANAMA-da yoxlama aparıb. Yoxlamanın nəticələri Milli Məclisə göndəriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay