Nehrəm qəsəbəsinin su təminatı üçün 28,7 milyon ayrıldı - Detallar

Redaktor

29.01.2025 20:54
371

Nehrəm qəsəbəsinin su təminatı üçün 28,7 milyon ayrıldı - Detallar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Su Meliorasiya Xidmətində müvafiq işlərə yekun vurulub.

Məlumata əsasən, sözügedən qəsəbənin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi işləri həyata keçiriləcək.

Su Meliorasiya Xidməti qeyd olunan işlərin icrasını “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 28,7 milyon manat ödənilib.

Qeyd edək ki, qəsəbədə müvafiq işlərin icrasını yerinə yetirəcək “Hovers Group” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan MMC-nin qanuni təmsilçisi isə Zeynalov İlqar Adgözəl oğludur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...