BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64056

Köhnə Avropa xüsusi bir auraya malikdir. Təsəvvür edin ki, qədim binalarla əhatələnmiş bir meydanda qəhvə içmək, dar küçələrdə gəzişmək və ya bir qalanın gizli keçidlərində itib-batmaq... Baharın yaxınlaşması ilə birlikdə səyahət planlarını düşünmək vaxtıdır. 

Valyuta.az xəbər verir ki, əgər küçələrdə izdiham olmadan şəhərin gözəlliyini yaşamaq istəyirsinizsə, "Travel Off Path" nəşri bir neçə maraqlı istiqamət təklif edir.

Qdansk, Polşa

Baltik dənizi sahilində yerləşən Qdansk ən çox şimal manerizmi üslubunda olan fasadları ilə tanınan rəngarəng bir liman şəhəridir. Əzəmətli qırmızı kərpicli katedralları və bəzəkli binaları ilə şəhərin tarixi orta əsrlərə qədər uzanır.

Qədim şəhər hissəsi turistlərə çoxsaylı tarixi abidələr təqdim edir. Burada rahat kafelər, məşhur Fahrenheit termometri (əgər bilmirdinizsə, Fahrenheit temperatur şkalasının yaradıcısı Qdanskdan olub) və Avropada ən yaxşı qorunmuş orta əsr ticarət kranı yerləşir.

Havanın isinməsi ilə birlikdə Mottlava çayı boyunca qayığa minmək əla seçim ola bilər. Bu çay Qdanskın ürəyindən keçərək, II Dünya müharibəsinin rəsmi olaraq başladığı Vesteryatte yarımadasına qədər uzanır.

Ruan, Fransa

Parisin şimalında, cəmi bir saatlıq məsafədə yerləşən Ruan şəhəri, qatarla asanlıqla çatmaq mümkün olan sakit bir destinasiya sayılır.

Burada müxtəlif rəngli taxta karkaslı binalar, dar piyada yolları və möhtəşəm qotik katedrallar var. Ruanın ən məşhur tikilisi Milan kafedralından da yüksək olan gotik üslublu Ruan Katedrali və şəhərin məşhur astronomik saatıdır.

Bundan başqa, tarixi Vye-Marşe meydanı da məhz burada yerləşir - məşhur fransız qəhrəmanı Janna d'Ark məhz bu yerdə tonqalda yandırılıb.

Brno, Çexiya

Praqa turistlərin diqqət mərkəzində olsa da, Çexiyanın ikinci böyük şəhəri olan Brno da az tanınsa da, bir o qədər maraqlı və cəlbedicidir.

Brno qədim tarixi ilə seçilən bir məkandır. Burada XIV əsrə aid Şpilberk qalası, hündürlüyü ilə şəhərə hökm edən Müqəddəs Pyotr və Pavel katedrali və Paris katakombalarına bənzər, 50 min insanın qalıqlarının saxlandığı Müqəddəs Yakov kilsəsinin kriptası yerləşir.

Vilnüs, Litva

Litvanın paytaxtı Vilnüs, kiçik ölçüsünə baxmayaraq, nağıldan çıxmış kimi görünən sakit və gözəl bir şəhərdir.

Burada diqqətçəkən məkanlardan biri də Ujupis adlı rayondur. 1997-ci ildə bu məhəllə zarafatla özünü müstəqil elan edib və öz konstitusiyasını qəbul edib. Həmin konstitusiyada belə qeyri-adi bəndlər var: "İnsan tənbəllik etməyə və heç nə etməməyə haqqı var", "İtin it olmağa haqqı var".

Ujupis həmçinin gənclərin sevimli məkanlarından biri sayılır. Burada alternativ mədəniyyət və incəsənət səhnəsi inkişaf edib, çoxsaylı barlar və incəsənət sərgiləri təşkil olunur.

Avropada həftəsonu səyahətləri üçün digər seçimlər

Əgər həftəsonunuzu Avropada keçirməyi planlaşdırırsınızsa, mütəxəssislər Lüksemburq şəhərini tövsiyə edirlər. Bu kiçik ölkə Fransa, Belçika və Almaniya ilə həmsərhəd olub, tarixi memarlığı və sıx meşələri ilə diqqət çəkir.

Digər bir maraqlı seçim isə Sloveniyanın paytaxtı Lyublyanadır. Kiçik olmasına baxmayaraq, Lyublyana orta əsr qalaları, meşəlik təpələr və velosipedlə kəşf ediləcək gözəl yerlər təklif edir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin