BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
63512

“Premium Bank” ASC 2024-cü ili 9,684 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.az banka istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 29,9% və ya 2 milyon 231 min manat çoxdur. 2023-cü ili bank 7 milyon 453 min manat mənfəətlə başa vurmuşdu.

“Premium Bank”ın gəlirlərinin dəyəri 49,188 milyon manat təşkil edib ki, illik müqayisədə 0,9% və ya 433 min manat azdır. Bankın gəlirlərinin dəyəri 2023-cü ildə 49 milyon 621 min manat olub. Bu ilin hesabat dövründə bankın faiz xərclərinin dəyəri 11 milyon 240 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 545 min manat və ya 5% çoxdur.
“Premium Bank”ın qeyri-faiz xərclərinin dəyəri 2024-cü ildə 26 milyon 739 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 14,9% və ya 4 milyon 686 min manat azdır.

“Premium Bank”ın aktivlərinin dəyəri 2024-cü ildə 640 milyon 892 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 6,4% və ya 44 milyon 224 min manat azdır. 2023-cü ildə bankın aktivlərinin həcmi 685 milyon 116 min manat olub.

Bankın 2024-cü ildə öhdəliklərinin dəyəri 463 milyon 009 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 8,8% və ya 412 milyon 226 min manat azdır. 2023-cü ildə bankın öhdəliklərinin dəyəri 507 milyon 823 min manat təşkil edib.  

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin