BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9604
  • RUB
    2.1022
  • TRY
    0.0444
  • GBP
    2.2786
62826

Bir çox şirkət proqram təminatı zamanı lisenziyasız proqramlardan istifadə edirlər. Maliyyə xərcləməmək üçün bunu etsələr də, mütəxəssislər hər zaman lisenziyalı proqram istifadəsini məsləhət görürlər. Bəs lisenziyasız proqramlardan istifadə edilməsi şirkətlər üçün nə kimi ciddi risklər və problemlər yarada bilər? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan İT mütəxəssisi Fərhad Əliyev bildirib ki, ilk baxışda bu cür proqram təminatları düzgün işləyir və funksionallıq baxımından heç bir problem yaratmır, lakin arxada ciddi təhlükəsizlik təhdidləri mövcuddur: “Hər bir fəaliyyət növü üçün kompüter proqramları arasında lisenziyalı və açıq qaynaqlı mənbələrə əsaslanan sərbəst lisenziya ilə yayılan proqramlar var. Məsələn, “Microsoft Word” lisenziyalı məhsuldur, amma onun ödənişsiz alternativləri də mövcuddur. Əgər təşkilatın maliyyə imkanları buna imkan vermirsə, mütəxəssislər sərbəst lisenziya ilə yayılan proqram təminatlarını istifadə etməyi tövsiyə edirlər. Lakin bu seçimlər zamanla müəyyən vərdişlərə və ya funksionallıq üstünlüklərinə görə dəyişə bilər”.

“Pirat proqramlar çox vaxt modifikasiya olunmuş olur”

Pirat proqram təminatından istifadə edildikdə, şirkətlərin çox ciddi risklərlə üzləşdiyini deyən İT mütəxəssisi bildirib ki, informasiya təhlükəsizliyinin üç əsas aspekti – konfidensiallıq, tamlıq və əlçatanlıq – burada önəmli rol oynayır: “Pirat proqramlar təhlükəsizlik baxımından ciddi problemlər yaradır, çünki bu versiyalar çox vaxt modifikasiya olunmuş olur və buna görə də proqram təminatının orijinal versiyasına müdaxilələr olur. Nəticədə "backdoor" (qapalı boşluq) yaranır, hansı ki, bu boşluq vasitəsilə sistemə qeyri-qanuni müdaxilələr edilə bilər. Həmçinin, məlumatların sızması, məsələn, sənədlərdəki konfidensial məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski də mövcuddur”. 

“Lisenziyasız proqram təminatı rəsmi dəstəyi çətinləşdirir”

F.Əliyev qeyd edib ki, pirat proqram təminatının işləməsinə zəmanət vermək olmur və proqramın əlçatanlığı ilə bağlı problemlər yarandıqda rəsmi dəstək almaq da çətinləşir:
“Bu, şirkətin iş proseslərinə ciddi təsir göstərir və məhsuldarlığı aşağı salır. Bununla yanaşı, şirkətin reputasiyası ciddi şəkildə zərər görür. Qərb dünyasında əqli mülkiyyət hüququ çox ciddiyə alınır və başqasının əziyyətini ödənişsiz istifadə etmək, etik cəhətdən düzgün hesab edilmir. Dövlətlər də lisenziyasız proqram təminatını istifadə edən şirkətləri cərimələyə bilər və ciddi nəzarət mexanizmləri mövcuddur. Dövlət orqanları bu mövzuda şirkətləri təftiş edir və əgər pirat proqramlardan istifadə edildiyi aşkarlanarsa, dərhal tədbirlər görülür”.

“Nəticə olaraq, bir çox böyük şirkət lisenziyalı proqram təminatına keçməyə meyillidir, çünki bu, onların iş fəaliyyətini daha stabil və təhlükəsiz edir. Pirat proqram təminatından istifadənin şirkətə gətirəcəyi zərərlər lisenziyaya verilən puldan çox ola bilər. Bu səbəbdən, düzgün proqram təminatını seçmək və onu düzgün istifadə etmək, həm təhlükəsizlik, həm də şirkət reputasiyası baxımından çox önəmlidir”, - deyə o vurğulayıb.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Barot MM Group”un 189 min manat borcu üzə çıxdı

Kosmosda atom saatı zamanı: BKS-də yeni təcrübə fizika qanunlarını sınaqdan keçirir

7 il sonra vəzifəsindən çıxarıldı

ABŞ qurumu "Apple"ı süni intellektlə bağlı yalan reklamda ittiham etdi

"OpenAI" "Chrome" brauzerini satın almaq istəyir

BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

“Azərenerji”nin 1,4 milyonluq tenderi niyə ləğv edilib?

Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? — VİDEO

“Azpromo”ya məxsus "Mitsubishi Lancer" 2 400 manata satıldı

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT

Qubada körpü çöküb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib

Mark Zukerberq "Instagram"ın inkişafını bilərəkdən ləngitməkdə ittiham olunur

“Çin bu gün Azərbaycan üçün ən çox arzuolunan iqtisadi tərəfdaşdır”- İqtisadçı

Sumqayıtda 6000 manatlıq "Lamborgini" dələduzluğu

İşdən çıxmaq üçün məhkəməyə müraciət etdi

Satışda olan nehrə yağlarında bakteriya aşkarlandı

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb

Aİ "Apple"ı 570, "Meta"nı 228 milyon avro cərimələdi

55 min dollar və 156 ədəd qızıl-zinət əşyası - “BTB BANK”dan OĞURLUQ

"Azərbaycan Dəmir Yolları"na əlavə maya qoyulub

Dünyanın ən yaxşı avtomobili - AÇIQLANDI

"BakuDent" klinikası cərimələndi

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

"MTK-lar at oynadırlar" - Deputat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin