BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62521

ABŞ texnologiya səhmlərindəki güclü artım, dünyanın ən zəngin şəxsləri arasında Larry Ellison, Cef Bezos, Maykl Dell və "Google"un təsisçiləri Lerri Peyc və Sergey Brin kimi adların sərvətlərinin sürətlə artmasında mühüm rol oynayıb. 

Valyuta.Az xəbər verir ki, bu il yalnız səkkiz texnologiya nəhəngi 600 milyard dollardan çox qazanıb. Bu məbləğ, "Bloomberg Milyarderlər İndeksi" tərəfindən izlənilən ən zəngin 500 nəfər arasında ümumi 1,5 trilyon dollarlıq artımın 43 faizini təşkil edib.  

Bununla yanaşı, 2024-cü ildə dünyanın ən zəngin şəxsləri arasında liderliyi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına göstərdiyi misli görünməmiş dəstəkdən sonra Elon Mask ələ alıb.  

Maskın sərvətində Tramp təsiri

İlon Maskın Tramp ilə yaxın münasibətləri "Tesla Inc.", "SpaceX" və "xAI" daxil olmaqla onun şirkətlərinin dəyərinin artmasına kömək edib. Bunun nəticəsində Maskın sərvəti ilin əvvəlindən 213 milyard dollar artaraq 442,1 milyard dollara çatıb. 17 dekabrda Mask və Bezos arasındakı 237 milyard dollarlıq fərq "Bloomberg" sərvət indeksində birinci və ikinci yerlərdə olan şəxslər arasında qeydə alınan ən böyük fərq olub.  

Ümumiyyətlə, dünyanın ən zəngin şəxsləri 2024-cü ildə gözlənilməz şəkildə yüksələn səhm bazarından böyük fayda əldə ediblər. "S&P 500" indeksi Maskın "Tesla"sı, Zukerberqin "Meta Platforms Inc." və Huangın "Nvidia Corp." şirkətlərinin daxil olduğu "Möhtəşəm Yeddilik" qrupu ilə dəstəklənərək keçən il 24 faiz dəyər qazanıb. Bu səhmlər indeksin ümumi performansının yarısından çoxunu təşkil edib.  

Trampın qələbəsinin rəqəmsal aktivlərə təsiri

Trampın seçki qələbəsi rəqəmsal aktivlər üçün də tarixi bir yüksəlişə səbəb olub və "Bitcoin" ilk dəfə 100.000 dolları keçib. Bu yüksəliş xüsusilə kripto milyarderlərini dəstəkləyib: "Binance Holdings" rəhbəri Çanpenq Zhaonun sərvəti 60 faiz artaraq 55 milyard dollara çatıb. "Coinbase Global Inc."in təsisçisi Brian Armstronqun sərvəti isə 50 faizdən çox artaraq 11,1 milyard dollara yüksəlib.  

"Bloomberg Milyarderlər İndeksi" tərəfindən izlənən ümumi sərvətlərin dəyəri bazar ertəsi bağlanışında 9,8 trilyon dollar təşkil edib. Bu məbləğ, 11 dekabrda qeydə alınan 10,1 trilyon dollarlıq zirvədən azacıq geri çəkilib. Dünya Bankının məlumatlarına görə, bu sərvətlər ötən il Almaniya, Yaponiya və Avstraliyanın ümumi daxili məhsullarına bərabər olub.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur şirniyyat şirkəti 3000 manat cərimələnə bilər

Yaponiyada 2024-cü il ən isti il kimi tarixə düşüb

İsveçrə bankı nasistlərin gizli hesablarını gizlətməkdə ittiham olunur

"ASPM" MMC-ə cərimə protokolu yazılıb

Yanvarda daha 8 gün iş olmayacaq

"Colgate-Palmolive" son 28 ilin ən aşağı səviyyəsində

"Kaspersky" şirkətinin "Kibermüdafiə və süni intellekt" araşdırması

Sam Altman: Şirkət “ChatGPT Pro” planından zərər edir

Kreditlərlə bağlı yeni qaydalar: Hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - Araşdırma

Çip nəhənglərinin irəliləyişi və birjaların yüksəlişi - "Reuters"

"Ober Lux Nabran" vergi orqanını məhkəməyə verdi

Avrozona dekabr ayında: iqtisadi aktivlik azalıb, inflyasiya artıb

"Netflix"in yeni hədəfi abunə haqqının artması ilə nəticələnə bilər

Ötən il kənd təsərrüfatı üçün necə yadda qaldı?

Ötən il kənd təsərrüfatı üçün necə yadda qaldı?

DGK "Rakurs Transport"u inzibati məsuliyyətə cəlb edib

R.Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub

"LADESS GROUP" MMC məhkəməyə verildi

“Google Chrome”un Azərbaycan bazarında payı azaldı

Seymur Seyidov Naxçıvanda sədr müavini təyin edildi

DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib

Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Aİ-də enerji qiymətlərində artım müşahidə edilmir

Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama

Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama

"MAK.GO GLOBAL" MMC gömrük qaydalarını pozub

Hesablama Palatasının sədri: "Mənzil bazarının 15%-i ipoteka ilə maliyyələşir"

Bakıda yeni yol qovşağı inşa edilir

Hesablama Palatasının sədri: "İşğaldan azad edilmiş ərazilərdə pre-auditlər həyata keçiririk"

75 faiz vergi güzəşti hansı sahibkarlara şamil edilir? - AÇIQLAMA

"Android" istifadəçilərinə xəbərdarlıq - Yeni və təhlükəli virus var

Analitik: “Bu ay “Bitcoin” üçün enişli-çıxışlı olacaq"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin