BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
62485

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung Electronics", Cənubi Koreyada yerləşən robot istehsalçısı "Rainbow Robotics" şirkətinin ən böyük səhmdarı olub. 

Valyuta.Az xəbər verir ki, şirkət 181 milyon dollar ödəyərək "Rainbow Robotics"dəki payını 14,71 faizdən 35 faizə yüksəldib.

"Samsung", bu investisiyanın robot texnologiyaları şöbəsini gücləndirmək və insanabənzər robotların inkişafını sürətləndirmək məqsədilə edildiyini açıqladı. Razılaşmaya əsasən, "Rainbow Robotics" şirkətinin "Samsung"un törəmə şirkəti kimi fəaliyyət göstərəcəyi və bu prosesin 2025-ci ilin fevralında tamamlanacağı gözlənilir.

Bundan əlavə, "Samsung" birbaşa baş direktora bağlı bir robot texnologiyaları ofisi quracağını da bəyan etdi. Bu razılaşma "Rainbow Robotics"ə "Samsung"un resurslarından yararlanaraq beynəlxalq bazarlara çıxış imkanı qazandırır.

2011-ci ildə Koreya İrəliləmiş Elm və Texnologiya İnstitutu ("KAIST") Mərkəzində tədqiqatçılar tərəfindən qurulan "Rainbow Robotics", istehsal və logistika sahələri üçün ikiqollu mobil manipulyatorlar və avtonom mobil robotlar hazırlayır.

Bu yatırımla "Samsung", insanabənzər robotlar yarışına qoşulan 2024-cü ilin sonuncu şirkəti oldu. "Microsoft" və "OpenAI" texnologiyalarını insanabənzər robotlar üçün istifadə etməyi planlaşdırır, "Tesla" isə ilin əvvəlində "Optimus" adlı robot yanaşmasını təqdim etmişdi.

"Nvidia" isə 2025-ci ildə insanabənzər robotlar üçün "Jetson Thor" adlı yeni kompakt kompüter seriyasını bazara çıxarmağı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I sinfə qəbul prosesinə yeniliktətbiq edildi

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Leysan yağacaq, şimşək çaxacaq

Mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Palata Bulvar İdarəsi ilə bağlı Baş Prokururluğa müraciət etdi

Şirkətlər 3 mln. manatdan çox vəsaiti "Bank Avrasiya"dan geri çəkiblər

DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar

Ölkədə iş axtaranların sayı artıb

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqladı

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi

Gürcüstan Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlib

Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı

ADY-də yüksək vəzifəyə TƏYİNAT

Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

Nikah və boşanmaların sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilməlidir? - AÇIQLAMA

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir - Nigarın uğur hekayəsi

Alman lüks avtomobil istehsalçısı iflasa uğrayıb

Ən çox silah idxal edən ölkələr

"Expressbank"da 29%-ə yaxın xalis mənfəət itkisi

Dövlət bu şəxslərə ev verəcək

Rublun qiyməti artarkən, avro azaldı

Ötən gün bank kartlarından 14 minə yaxın pul oğurlanıb

Neftimizin qiymətində artım müşahidə olunur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin