BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
62257

ABŞ-nin texnologiya şirkəti "Apple"ın səhmləri ABŞ birjalarında günlük zirvəyə çatıb və şirkətin bazar dəyəri 4 trilyon dollar həddinə yaxınlaşıb.  

Valyuta.Az xəbər verir, "Apple" səhmi cümə axşamı erkən saatlarda rekord qıraraq 260 dollara çatıb. Həmin gün səhmlər 0,3% artaraq 259 dollarda bağlanıb və yenidən rekord səviyyədə qeydə alınıb. Son bir ay ərzində səhmlər 11%-dən çox yüksəlib və "iPhone" istehsalçısı 4 trilyon dollarlıq bazar dəyərinə yaxınlaşıb.  

"Yahoo Finance"ın məlumatına əsasən, mütəxəssislər Tim Kukun (Tim Cook) rəhbərlik etdiyi texnologiya nəhənginin 2025-ci ildə böyümə baxımından "qızıl dövr" yaşayacağını proqnozlaşdırırlar. "Wedbush" analitiki Dan Ays (Dan Ives) "Apple" səhmləri üçün qiymət hədəfini 325 dollara qaldırıb.  

Ays deyib: “Biz inanırıq ki, "Apple" hələ də bazar tərəfindən layiqincə qiymətləndirilməyən, süni intellekt dəstəkli, uzunmüddətli "iPhone" yeniləmə dövrünə daxil olub.” O əlavə edib: “Roma bir gündə qurulmadı və "Apple"ın süni intellekt strategiyası da bir gündə formalaşmayacaq. Ancaq "Apple Intelligence" ilə bu strategiyanın təməlləri hazırda qurulur və gələcək illərdə istehlakçı artımı hekayəsini dəyişəcək.”  

Çətinliklərlə keçən 2024

"Apple" üçün 2024 çətin bir il olub. Şirkət gözlənilən səviyyədən aşağı "iPhone" satışları, Çində artan rəqabət və həm daxili, həm də beynəlxalq səviyyədə antitrest məhkəmələri ilə üzləşib.  

Buna baxmayaraq, mütəxəssislər "Apple"ın istehlak cihazlarına süni intellekt strategiyası ilə bağlı etimadın artacağına inanır və səhmlərlə bağlı nikbin proqnozlarını davam etdirirlər. Şirkətin noyabrın əvvəlində dərc etdiyi dördüncü rüb gəlir hesabatı, texnologiya nəhənginin ümumi proqnozlara uyğun gəlməməsinə baxmayaraq, "iPhone" satışlarında gözləntiləri üstələdiyini göstərib.  

 Süni intellektlə yüksələn "Apple" səhmləri

"Apple" yeni "MacBook Pro" seriyasını təqdim etdikdən və dekabrın ortasında ağıllı cihazlarına "ChatGPT" və digər "Apple Intelligence" süni intellekt xüsusiyyətlərini əlavə etdikdən sonra səhmlər noyabrın əvvəlindən etibarən yeni zirvələrə çatıb. Bu müddət ərzində "Apple" səhmləri 11%-dən çox dəyər qazanıb, "Meta" 6,7%, "Microsoft" 4,4%, "Nvidia" isə 1% yüksəlib.  

Qeyri-müəyyənliklər əks təsir göstərə bilər

Bununla belə, makroiqtisadi qeyri-müəyyənliklər "Apple" üçün mənfi təsir yarada bilər. ABŞ-ın yeni Prezidenti Trampın Çinə tətbiq etdiyi tariflər bu ölkədə istehsal olunan "Apple" məhsullarının qiymətlərinə təsir göstərə bilər. ABŞ Federal Ehtiyat Sisteminin 2025-ci ildə faiz dərəcələrini gözləniləndən daha az azaldacağı proqnozu yüksək faiz dərəcələrinin və inadkar inflyasiya qorxularının qalmasına səbəb olaraq yeni ilə istehlakçı inamını zəiflədib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin