BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
61866

Yay aylarında "Apple" və "Bank of America" səhmlərinin satışı ilə diqqət çəkən məşhur milyarder investor Uorren Baffet (Warren Buffett) önəmli səhmlər alıb. 

Valyuta.Az xəbər verir ki, bir çox böyük şirkətdə ciddi paya malik olan "Berkshire Hathaway", bazardakı enişləri qiymətləndirərək son 3 gün ərzində 3 şirkətin səhmlərini əldə edib.  

Kriptovalyutalar kimi ənənəvi maliyyə bazarları da çərşənbə axşamından bəri ciddi enişlərlə üzləşərkən, təcrübəli investor Baffet enişləri alım fürsəti kimi qiymətləndirib. Baffetə məxsus "Berkshire Hathaway"-in dünən gecə verdiyi açıqlamalara əsasən, şirkət son 3 gün ərzində 3 fərqli səhm alışı həyata keçirib.  

ABŞ mediası "CNBC"-nin məlumatına görə, "Berkshire Hathaway"-in aldığı ən önəmli səhmdar enerji sahəsində fəaliyyət göstərən "Occidental Petroleum" olub. Baffet bu alımla 405 milyon dollar xərcləyərək şirkətdəki payını 28%-dən çox artırıb. Alışlar çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri baş tutub.  

Son 3 gündə 560 milyon dollarlıq alışlar  

Eyni günlərdə "Berkshire Hathaway" daha 2 önəmli səhmdar alışı reallaşdırıb. Şirkət 113 milyon dollara 5 milyon ədəd "Sirius XM"45 milyon dollara 234 min ədəd "VeriSign" səhmdarı əldə edib. Bununla da, son 3 gündə Baffet şirkətinin ümumi alış həcmi 560 milyon dollar təşkil edib.  

Fürsəti dəyərləndirdi  

92 yaşlı təcrübəli investor bu alımlarla qiymət enişlərindən faydalanıb. "Occidental Petroleum" şirkətinin səhmləri bu ay 10%-dən çox dəyər itirmişdi. Bu şirkət "Berkshire Hathaway"-in ən böyük səhmdar payına sahib olduğu 6-cı firma olaraq qalır.  

Daha kiçik miqyaslı yatırımlar edilən "Sirius XM" son 1 ayda 23% ucuzlaşıb. Digər şirkət "VeriSign" isə 2024-cü ildə yalnız 6%-lik enişlə məhdudlaşmışdı.  

Xatırladaq ki, Baffet yay aylarında əlindəki "Apple" səhmlərinin yarısını 85 milyard dollara satmış və bu hərəkəti çox müzakirə olunmuşdu. 

Valyuta.Az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin