BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
61792

ABŞ Ticarət Nazirliyi "Nvidia"dan şirkətin məhsullarının Çindəki aqibətini öyrənməyi xahiş edib. 

Valyuta.az xəbər verir ki, bu barədə departamentə yaxın mənbəyə istinadən "The Information" (TI) məlumat yayıb.

ABŞ hökumətinin sorğusuna cavab olaraq "Nvidia", "Super Micro Computer" (Supermicro) və "Dell Technologies" kimi əsas distribyutorlardan Cənub-Şərqi Asiyadakı müştəriləri üzərində spot yoxlamalar aparmağı xahiş edib. Çünki "Nvidia"nın AI çipləri bu şirkətlərin məhsullarında yerləşdirilib.

"The Information"a görə, "Nvidia" çiplərinin qaçaqmalçılığı ilə məşğul olan beş nəfər son "Supermicro" auditləri zamanı aşkarlanmadan qaça bildiklərini bildirib.

"Supermicro"ya yaxın mənbə təsdiqləyib ki, bəzi müştərilər "Supermicro"dan aldıqları "Nvidia" çipləri ilə serverlərin seriya nömrələrini təkrarlayır və onları digər serverlərə qoşurlar. Bəzi hallarda qaçaqmalçılar hətta serverlərin əməliyyat sistemlərindəki seriya nömrələrini də dəyişdiriblər.

"Nvidia" sözçüsü vurğulayıb ki, şirkət müştərilərdən və tərəfdaşlardan bütün ixraca nəzarət məhdudiyyətlərinə ciddi şəkildə riayət etməyi tələb edir, çünki qara bazarda təkrar satış da daxil olmaqla, hər hansı bir sapma biznes üçün yükə çevrilə bilər.

"Dell" distribyutorlarından və resellerlərindən bütün tətbiq olunan ixrac nəzarətlərinə riayət etmələrini tələb etdiyini və bu öhdəliklərə əməl etməyən tərəfdaşlarla müqaviləyə xitam verilməsinə qədər tədbirlər görəcəyini bildirib. "Supermicro"öz növbəsində, məhsullarının icazəsiz ixracı və ya təkrar ixracına qarşı araşdırma apardığını və tədbir gördüyünü təsdiqləyib.

Araşdırmalara səbəb ABŞ-ın keçən il Çinə süni intellekt üçün yüksək məhsuldar sürətləndiricilərin satışını qadağan etdiyi məhdudiyyətlərin pozulması olub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin