BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
61395

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 181,6 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 dəfə azdır.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952,9 milyon ABŞ dolları profisit (1 il əvvələ nisbətən 40,8 % az), maliyyə hesabındakı 3 milyard 570,5 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) və balanslaşdırıcı maddələr üzrə 200,8 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) hesabına formalaşıb.

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, tədiyyə balansında profisitin azalması müsbət hal deyil, amma yenə də göstəricilərimiz yaxşıdır: 

“Tədiyyə balansı dedikdə ölkədən çıxan və ölkəyə daxil olan valyutanın həcmi nəzərdə tutulur. Bu, ticarət dövriyyəsi hesab olunur. Tədiyyə balansı müsbət olanda iqtisadiyyatın, manatın məzənnəsinin xeyrinədir, makro iqtisadi göstəricilərimizə xeyirdir. Mənfi olanda isə artıq iqtisadiyyatda yüklülük yaranır. Ona görə də profisit olmağı yaxşıdır. Amma profisitin səviyyəsinin azalması isə yaxşı deyil”.

Fuad İbrahimov deyir ki, iqtisadiyyatımız hazırda neft amilindən asılıdır:

“Dünya bazarında neftin qiyməti enir, eyni zamanda da hasilatımız azalır. Aydın məsələdir ki, bu profisit azala-azala gedir. Biz sürətli şəkildə qeyri-neft sektorunun inkişafını təmin etməliyik. Neftin hasilatı azalsa da, qazın hasilatı, ixracı çoxalır. Lakin qaz nefti əvəz eləmir. Bundan başqa bizim xərclərimiz də çoxalır. Elə məhsullar var ki, onların idxalını artırmışıq. Bundan başqa Qarabağda da quruculuq işləri həyata keçiririk”. 

“Tədiyyə balansına yığılan vəsaiti iqtisadiyyata xərcləmək olarmı?” sualına cavab olaraq iqtisadçı bildirib ki, tədiyyə balansında yığılan vəsait bir mənbədən daxil olmur:

“Burda söhbət bütün mənbələrin həcmindən gedir. Neftdən, kənd təsərrüfatından, turizmdən, səhiyyədən vəsaitlər daxil olur. Bu ümumilikdə respublika üzrə statistik məlumatdır. Elə sahələr var ki, orda gəlir olmayıb, həmin sahədə yüklülük var. Məsələn, kənd təsərrüfatı sektorunda məhsul ixrac etsək də, daha çox idxal etmişik. Ümumi bütün ticarət dövriyyəsini hesablayanda isə profisitdəyik”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin