BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
60944

Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq. 

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, İşçi Qrupun son görüşü 2021-ci ildə olub və 2025-ci ildə yenidən görüş planlaşdırılır.

İstehlak səbərtində hansı dəyişikliklərə ehtiyac var? Səbətə yenidən baxılarkən nəyə diqqət edilməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, istehlak səbətinin qiymətinə yenidən baxılması arzusu ideyasının formalaşması özü çox proqressiv məsələdir:

“Çünki zaman-zaman yaşayış minimumu, minimum əmək haqqı, ehtiyac meyarından danışanda istehlak səbətinə istinad edilir. Minimum istehlak səbətində 3 qrup baza mallar var. Bunlar ərzaq malları, qeyri-ərzaq malları və gündəlik yaşayış üçün zəruri olan xidmətlərdir”.

Ekspert deyir ki, minimum istehlak dedikdə bir insanın ona lazım olan məhsuldan il ərzində minimum nə qədər istifadə etdiyi nəzərdə tutulur ki, insan fizio-bioloji funksiyasını saxlasın və sağlamlığını qorusun:

“Bu normativlərə yenidən baxıla bilər. Məsələn, xidmətlərə insanlar üçün müasir dövürdə zəruri olan xidmətlər əlavə oluna bilər. Və yaxud hansısa normativləri dəyişə, baş verən proseslərə uyğun artıra və ya azalda bilərlər”. 

Xalid Kərimli hesab edir ki, istehlak səbətinə illik baxılmağa ehtiyac var:

“Bu səbətdə illik dəyişiklik olmasa da, baxılmasına ehtiyac var. Çünki dünya sürətlə dəyişir, ona görə də insanların istehlaklarının strukturu da dəyişə bilər. 

Biz regional liderik, dünyanın ekoloji mərkəziyik, dünya siyasətinə təsir edə bilən dövlətik. Buna görə də normativlər uyğunlaşdırılaraq daha da yaxşılaşdırılmalı, artırılmalıdır. 

İstehlak səbəti artırılsa, yaşayış minimumunun məbləğinə də təsir edə, artırıla bilər”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin