BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
60729

“Mutfakçı” mebel brendinin yaradıcısı, iqtisad elmlər namizədi İlkin Manafov yazır…

Hamımız sosial şəbəkələrdə öz uğurlarımızdan, nəticələrimizdən danışmağı sevirik. Gördüyümüz işləri paylaşırıq. Bununla fəxr edirik. Hətta birinin üstünə beşini qoyub danışırıq. Amma bu gün mən sizə 18 ay ərzində etdiyim çox böyük bir biznes səhvimdən danışacam. Bəli, bəli, etdiyim buraxdığım milyonluq səhvdən.

15 ildən çoxdur mən mebel biznesi ilə məşğulam. Nə qazanmışam, nə etmişəmsə məhz mebel biznesindən olub. 7 ildir ki, Azərbaycan premium mebel sektorunun yaxşılarından olan “Mutfakçı”nı qurmuşuq.

Biznes modelimiz çox sadə idi, biz mebel istiqamətində dizayn - konsept hazırlayırdıq, xammal materialları özümüz təmin edirdik və mebelləri kənar təşkilatlarda “outsorsinq” edirdik. Öz fabrikimiz yox idi. Sadəcə dizayna, satışa və marketinqə fokuslanırdıq.

Təxminən 2 il əvvəl düşündüm ki, əgər özüm mebel dizayn edirəmsə, xammal təchiz edirəmsə, niyə istehsal prosesini də tam özüm həyata keçirməyim? Bununla mən dəyər zəncirinin bütün həlqələrinə nəzarət edərəm. Özüm dizayn edirəm, özüm xammal gətirirəm, özüm istehsal edirəm, özüm satıram.

Necə asan səslənir, hə?

Çox düşünmədən böyük investisiya gücü toplayaraq Binəqədi ərazisində fabrik qurduq. Müasir istehsal texnologiyaları, müasir bina, müasir iş şəraiti… Amma istehsal tamamilə başqa iş imiş. 

Gah düzgün kadr seçimi edə bilməməkdə, gah səhv biznes proseslər qurmaqla, gah da sadəcə istehsal prosesini bilmədiyimizə görə müştərilərlə çoxsaylı problemlər yaşadıq. Hardasa 18 ay ərzində başa düşdüm ki, biznesdə buraxa biləcəyin ən böyük səhv müştərini narazı salmaqdır. Müştəri də bizdən narazı idi. Hər şeyə görə… Həm keyfiyyətdən narazı idi, həm vaxtdan (gecikmədən), həm də ona olan münasibətdən.

İstehsal prosesinə girdiyimizə görə, mən “Mutfakçı”da özümün rəqabət üstünlüyümü itirmişdim. Yenilik etmirdim, bazara fərqli məhsullar təqdim etmirdim və s. Müştəri isə bizi cəzalandırmaqda davam edirdi. Bu cəza, mənim üçün milyonluq itkilərlə qarşılaşırdı. Hər ay 100 minlərlə ölçüləcək itkilər verirdim. İtkilər yalnız pulla idi? Qətiyyən yox.

Mənim rahatlığım yox idi, mənim ən yaxın ətrafımla münasibətim pisləşmişdi. Sizin də daim baxdığınız videoları çəkmirdim (düşünürəm artıq çəkməyə başlayacam) və s. bir sözlə mən yox idim.

Günlərin bir günündə mən qazandığım növbəti böyük sifarişlərin birini yenidən “outsorsing”ə verdim. Zatən “Mutfakçı” xammallarını özü təchiz edir, zatən dizaynı bizim dizaynerlər verir, sadəcə “əl” işini “outsorsing” etdim.

Bu azmış kimi 3 sifarişdə olan mətbəx mebelini də kənara verdim… Və möcüzə oldu. Gözümün önündə tam razı, elə əvvəlki kimi “Mutfakçı” müştərisi gördüm. Mükəmməl bir mebellər hazırlanmışdı. Müştərilər çox razı idi. Hətta layihədən öz istehsalımdan çox qazanc əldə etmişdim.

Artıq hər şey aydın idi. İstehsal işini mən bacarmırdım. Çox dərinə getmədən, mənimlə çalışan ustalardan birinə fabriki təhvil verdim. Hər şeyin yenidən balanğıcına inanıb, yenidən yeni “Mutfakçı” qurmağa başladım, başlayıram.

Amma bu istehsalın vurduğu milyonluq zərərlə yanaşı, böyük bir həyat dərsi də almışam…

Hələlik isə, mən “Mutfakçı”nın yenidən mükəmməl mebel təqdim etməsini çatdırmaq üçün çoxlu çalışmalıyam.

Nə olur yaxşılığa olur. Nə olur imtahandır. Mənim özüm üçün bu böyük bir dərsdir. İnanıram ki, yenilənmiş “Mutfakçı” ilə daha da mükəmməl işlər həyata keçirəcəm. 

Svetoforda yaşıl işıq, mükəmməl komanda və bənzərsiz “Mutfakçı”vari mebellərlə işləməyə davam!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin