BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
59986

Elon Musk "SpaceX", "Tesla" və digər innovativ texnologiya şirkətlərinin milyarder CEO-su, raketləri kosmosa göndərməkdən başqa çoxlu kitab oxumağa vaxt tapır. Klasik elmi fantastika əsərlərindən süni intellektə dair mürəkkəb araşdırmalara qədər oxuyan Mask kitabların ona uğur qazanmağa kömək etdiyini bildirir. Əslində, raketləri necə qurduğunu soruşanda məşhur şəkildə belə cavab vermişdi: "Kitablar oxudum". Və bunu sübut edir, çünki Maskın kitab tövsiyələri sadəcə adlar deyil. Bunlar onun yerinə yetirdiyi yenilikçi işləri formalaşdıran yollarıdır.

Elon Muskın tövsiyə etdiyi kitabların geniş çeşidi yalnız onun çoxistiqamətli maraqlarını deyil, həm də onun biliklərinin dərinliyini göstərir. İnsanın taleyini düşünməkdən tutmuş, süni intellektin mürəkkəbliyini araşdırmağa qədər oxuma siyahısı onun intellektual aləminə açılan bir pəncərədir. Lakin hər kəsin hər gün kitab oxumaq lüksü yoxdur. ABŞ Əmək Statistika Bürosunun araşdırmasına görə, amerikalıların əksəriyyəti gündə yalnız 17 dəqiqə oxumağa vaxt ayırır. Bu sürətlə, Maskın tövsiyə etdiyi qeyri-bədii kitabı oxumaq bir aydan çox çəkə bilər.

Elon Maskın həyatını dəyişdirdiyini bildiyi 9 kitabı təqdim edirik:

1. Human Compatible (Stuart Russell) – Bu kitab süni intellektin yaradılmasının bəşəriyyətin son aktı ola biləcəyini izah edir və bunun qarşısını almaq üçün nələrin edilməsi lazım olduğunu müzakirə edir.

2. Zero to One (Peter Thiel, Blake Masters) – Mask bu kitabı tərifləyərək "Peter Thiel bir neçə irəliləyişli şirkət qurub və bu kitab onun necə etdiyini göstərir" demişdi. Kitab, şirkətlərin gələcəyi necə proqnozlaşdırıb, uğurlu olmaq üçün necə hərəkət etməli olduqlarını izah edir.

3. Merchants of Doubt (Naomi Oreskes, Erik M. Conway) – Bu kitab dünya miqyasında ətraf mühit, siqaret çəkmək və nüvə silahları mövzusundakı elmi mübahisələri araşdırır. O, bu mövzuların əsasən korporativ və sənaye maraqları üçün necə təhrif olunduğunu açıqlayır.

4. Life 3.0 (Max Tegmark) – Bu kitabda MIT professoru Max Tegmark süni intellektin insan həyatına necə faydalı ola biləcəyini və texnoloji inkişafın gələcəkdə bəşəriyyətin məqsədləri ilə necə uyğunlaşdırılacağını müzakirə edir.

5. The Big Picture (Sean M. Carroll) – Mask insanlığın gələcəyini və həyatın çoxplanetli olmasını düşünür. Bu kitab, elm və fəlsəfə vasitəsilə həyat, şüur və kainatın yaranışını anlamağa çalışır.

6. Lying (Sam Harris) – Bu kitab, yalan söyləməyin nə qədər təhlükəli olduğunu izah edir və hər bir insanın həmişə doğru danışmasının vacibliyini vurğulayır.

7. Superintelligence (Nick Bostrom) – Mask süni intellektin nəzarətsiz inkişafının təhlükələri barədə dəfələrlə xəbərdarlıq edib. Kitab kompüter intellektinin insan intellektini aşması halında nələrin baş verəcəyini araşdırır.

8. The Wealth of Nations (Adam Smith) – Adam Smithin bu əsəri iqtisadiyyatın əsaslarını və bir ölkənin necə zənginləşəcəyini izah edir. Musk bu əsəri çox bəyənir və "Adam Smith FTW" (Adam Smith, Qələbə Qazanır) deyə tvit atmışdı.

9. Radical Candor (Kim Scott) – Maskın uğurlu liderliyinin əsaslarından biri dürüst geribildirimə olan sonsuz qiymətləndirməsidir. Bu kitab liderlərə güclü iş əlaqələri qurmağı və işçilərin ən yaxşı potensiallarına çatmalarına necə kömək etməyi öyrədir.

Bu kitablar yalnız Maskın şəxsi uğuruna deyil, həm də onun oxuduğu əsərlərin həyatını necə formalaşdırdığına dair bir baxış açısı təqdim edir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Goldman Sachs" ABŞ-ın tənəzzül ehtimalını təxminən iki dəfə artırdı

Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti qiymətləri bahalaşdırır

Hakerlərin yeni silahı: pulsuz fayl çeviricilər!

"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin