BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
58986

Məşhur elektron ticarət platformaları "Shein" və "Temu" 2026-cı ildə Londonda Ali Məhkəmədə keçiriləcək məhkəməyə hazırlaşırlar. 

Valyuta.Az xəbər verir ki, bu rəqiblər bir-birlərini müəllif hüquqlarının pozulması və rəqabət əleyhinə davranışlarla bağlı ittiham edərək qarşılıqlı iddialar qaldırıb.

“Shein” ötən il Böyük Britaniyada "Temu" platformasında olan bəzi məhsul şəkillərinin müəllif hüquqlarını pozduğunu iddia edərək "Whaleco UK Limited"ə – "Temu"nun sahibi "PDD Holdings"in törəmə şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Temu isə cavab olaraq fevral ayında "Shein"i sürətli dəb məhsullarının tədarükçülərini eksklüziv müqavilələrləözünə bağlayaraq Britaniya rəqabət qanunlarını pozmaqda ittiham edib. Bu iddia 4,2 milyon funt sterlinq (5,5 milyon ABŞ dolları) dəyərində qiymətləndirilib, lakin "Shein" bu ittihamları rədd edir.

"Temu"nun vəkilləri çərşənbə axşamı keçirilən ilkin dinləmədə məhkəmə sənədlərində qeyd ediblər ki, "Shein" əsassız müəllif hüququ pozuntusu bildirişləri göndərməklə "Temu" platformasında məhsul satışına mane olur.

London Ali Məhkəməsində bu iddiaların 2026-cı ilin sonuna doğru məhkəməyə çıxarılması gözlənilir. "Shein"in vəkilləri də məhkəmə sənədlərində bu barədə bəyanat veriblər.

London məhkəməsi bu iki rəqib arasında qlobal miqyasda gedən hüquqi mübarizənin bir hissəsidir. "Temu" ötən ilin dekabrında ABŞ-da "Shein"ə qarşı iddia qaldırıb, "Shein" isə avqust ayında "Temu"ya qarşı öz iddiasını irəli sürüb.

Həm "Shein", həm də "Temu" beynəlxalq bazarlarda aşağı qiymətə geyim, aksesuar və texniki məhsullar sataraq sürətlə genişlənir. Lakin hər ikisi artan diqqət mərkəzindədir.

“Shein” insan haqlarına riayət etdiyini və məcburi əməyə sıfır dözümlü yanaşmaya malik olduğunu bildirsə də, işçi hüquqları və ətraf mühitlə bağlı məsələlərlə üzləşir. Xüsusilə də potensial olaraq Londonda səhmlərinin siyahıya alınması ərəfəsində bu mövzular diqqətdədir.

Digər tərəfdən, "Temu" Avropa Komissiyasının qanunsuz məhsul satışının qarşısını almağa yönəlmiş qaydaları pozub-pozmadığını araşdıran təhqiqatı ilə üzləşir. "Temu" bu təhqiqatda tənzimləyicilərlə əməkdaşlıq edəcəyini açıqlayıb.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti qiymətləri bahalaşdırır

Hakerlərin yeni silahı: pulsuz fayl çeviricilər!

"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin