BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
58813

Spirtli içkilərin qiyməti məsələsi yenidən gündəmdədir. Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində komitənin sədri Azər Əmiraslanov deyib ki, bazarda litri bir manata olan araqlar var. Amma hazırda bir litr arağın aksiz vergisi 4 manat 18 qəpikdir. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Keyfiyyətsiz məhsul istehsal edən sahibkar bazardan çıxarılmalıdır: "Qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. İnzibati Xətalar Məcəlləsində bu qanunu pozanlar üçün çox yüksək məbləğdə sanksiyalar nəzərdə tutulacaq. Minimum qiymət artımı spirtli içkilərin bahalaşmasına səbəb ola bilər”.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun dosenti, texnika üzrə fəlsəfə doktoru Teymur Musayevin sözlərinə görə, araqların ucuz olmasına təsir edən amillər mövcuddur: "Ucuz araqlar əsasən kiçik sexlərdə istehsal olunur. Bazarda keyfiyyətsiz araqlar da kifayət qədərdir. Spirtin litrinin qiyməti 3-3.50 manat arasında dəyişir. ƏDV və aksiz vergilərini də üzərinə əlavə etdikdə 10-12 manata başa gəlir. Bir litr spirtdən də 2,4 litr araq alınır. Digər xərcləri də əlavə etdikdə məhsulun maya dəyəri yüksəlir. Əgər məhsul 10 manata hazırlanır, amma yeddi manata satılırsa, deməli, keyfiyyətsiz spirtdən hazırlanır. Kömürdən keçmir, ucuz filtrlərdən istifadə olunur”. 

T.Musayevin fikrincə, arağın keyfiyyətinə xammal da təsir edir: "Buğdadan və şəkər çuğundurundan hazırlanan spirtlər mövcuddur. Buğda spirti daha keyfiyyətlidir. Digərini içdikdə insan keyfiyyətsiz olduğunu hiss edir”. 

Mütəxəssis bu sahə ilə bağlı görülməli işlərə də toxundu: "Buğdadan çəkilən milli spirtimiz Rusiya və Ukrayna spirtindən də keyfiyyətlidir. Onu inkişaf etdirsək, bazardakı qiymətlərə də təsir etmiş olarıq. Həmçinin əldə etdiyimiz gəlir də daxili bazarımızda qalar. Əgər məhsul keyfiyyətsizdirsə, vətəndaş ona ikinci dəfə üz tutmur. Qiymətin artırılmasının tələbata təsir edəcəyini düşünmürəm. Zənn etmirəm ki, arağın qiyməti qalxsa, onun çeşidi və keyfiyyəti də yüksələcək. Sadəcə, bəzi müəssisələr var ki, onlar sertifikatlaşdırılmalı və dövlət nəzarətində olmalıdır ki, keyfiyyətsiz araq istehsal etməsinlər”. 

Araq və spirtli içkilər üzrə mütəxəssis Tamella Baxşəliyeva isə bildirir ki, hazırda bu sahədə nəzarət güclü olduğu üçün qanunsuzluqlar baş vermir: "Arağın tərkibi, əsasən su və spirtdən ibarətdir. 40 faiz spirt, 60 faiz sudan istifadə olunur. Bunlar hər ikisi keyfiyyətli olmalıdır. Üstəlik, onların emalında bir çox avadanlıqlardan istifadə edilir. Aksiz vergisini də rəsmi şəkildə vermək lazımdır. Belə olduqda araq ucuz ola bilməz. Hazırda minimum qiymət qoyulması mümkün deyil. Monitorinqlər aparılır. Satıcılar da o riskə getmirlər”. 

T.Baxşəliyevanın sözlərinə görə, hər bir məhsulun alıcısı var. Belə olan halda hansısa məhsul "ucuzdur və ya keyfiyyətsizdir” deyib bazardan kənarlaşdırmaq olmaz: "Keyfiyyətli araq ucuz ola bilməz. Kiçik, keyfiyyətsiz hesab etdiyiniz araqların da özlərinə görə aksiz vergisi var. Onların da hər biri keyfiyyətsiz deyil. Məsələn, arağın yandırmasını keyfiyyətsiz hesab edirlər. Amma elə insanlar var ki, onlar arağı bu şəkildə sevirlər. Hər kəs istədiyi məhsulu ucuz və ya baha əldə edə bilər. Tələbat varsa, məhsulun bazardan çıxarılması düzgün deyil”. 

İqtisadçı Xalid Kərimli isə dedi ki, bu məsələ ilə bağlı dünyada da qaydalar mövcuddur: "Şotlandiya və Böyük Britaniyanı misal göstərmək olar. Onlarda hesab olunur ki, alkoqol səhhətə ziyandır. Hətta keyfiyyətli alkoqolun da istehsalının aşağı salınması nəzərdə tutulur. Bunu, əsasən araq istehsalçılarının mənafeyini qorumaq üçün edirlər ki, qiymət rəqabəti aparmaq mümkün olsun”. 

İqtisadçının sözlərinə görə, bu addımla keyfiyyəti tənzimləmək mümkün olmasa da, tələbatı az da olsa azaltmaq mümkündür: "Bu qərarı qəbul etməkdə əsas məqsəd bazara keyfiyyətsiz içki məhsullarının daxil olmasının qarşısının alınmasıdır. Əhaliyə göstərmək istəyirlər ki, bu qiymətdən aşağıdırsa, deməli, keyfiyyətsizdir. Amma qiymətin müəyyən hissəsi də aksiz vergisidir. Aksizdən yayınmanın qarşısının alınmasının, yaxud keyfiyyətin yoxlanılmasının başqa yolları tapılmalıdır. Aksiz vergisi onsuz da hər il arağın litrinə görə qaldırılır. Hazırki şəraitdə qiymətlərin qaldırılmasını doğru hesab etmirəm. Qiyməti bazar tənzimləməlidir. Qiymətin yüksəldilməsi rəqabətə də mənfi təsir göstərir. Arağın qiymətini qaldırmaqla keyfiyyətinin yüksələcəyini zənn etmək yanlışdır. Keyfiyyətin yaxşılaşdırılması üçün nəzarətin gücləndirilməsi kifayətdir. Ola bilər ki, bu qərardan sonra keyfiyyətsiz araqlar daha baha qiymətə satılacaq. Amma hər bir halda qiymətin artması alkoqollu içkilərə tələbatın aşağı düşməsi üçün düzgün addımdır. Qiymət qaldırılanda tələbat aşağı düşür”.  ("Kaspi" qəzeti)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin