BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
58423

ABŞ mərkəzli avtonom taksi xidməti göstərən Waymo, 5.6 milyard dollar investisiya əldə edib.

Avtonom nəqliyyat vasitələri ilə San Fransisco, Los Angeles və Foenix şəhərlərində fəaliyyət göstərən Waymo, yeni sərmayə ilə Atlanta və Austin kimi şəhərlərə genişlənməyi planlaşdırır.

Bu sərmayə turuna ana şirkət Alphabet-in rəhbərlik etdiyi C seriyası daxilində Andreessen Horowitz, Silver Lake, Fidelity, Tiger Global, Perry Creek və T. Rowe Price kimi tanınmış investorlar qatılıb.

Waymo-nun məqsədi təhlükəsiz və əlçatan nəqliyyat sistemi yaratmaqdır. Şirkət yüksək texnologiyalı sensorlar, süni intellekt və maşın öyrənməsi alqoritmləri ilə avtonom idarəetmə təcrübəsi təqdim edir. Waymo One adlı tətbiqi vasitəsilə avtonom taksi xidməti göstərən şirkət, son həftələrdə Hyundai Motor ilə tərəfdaşlığını elan edib.

Waymo 2025-ci ilin sonuna qədər 700 nəqliyyat vasitəsindən ibarət parkını Hyundai IONIQ 5 SUV modelləri ilə genişləndirməyi planlaşdırır. Şirkət, son üç ayda San Fransisco, Los Angeles və Phoenix bölgələrində 100 mindən çox ödənişli səfər həyata keçirib.

Waymo aldığı sərmayə ilə avtonom texnologiyalarını daha da təkmilləşdirərək xidmət göstərdiyi şəhərlərin sayını artırmağı və yeni bazarlara daxil olmağı hədəfləyir.

Waymo Google-un ana şirkəti Alphabet-in tərkibində fəaliyyət göstərən avtonom sürücülük texnologiyaları üzrə bir şirkətdir. 2009-cu ildə Google-un avtonom avtomobil layihəsi kimi başlamış və daha sonra müstəqil bir şirkətə çevrilmişdir. Waymo, süni intellekt və yüksək texnologiyalı sensorlar vasitəsilə sürücüsüz nəqliyyat vasitələri inkişaf etdirir və təhlükəsiz avtonom taksi xidmətləri təqdim edir. Şirkət, San Fransisco, Los Angeles və Phoenix kimi şəhərlərdə fəaliyyət göstərir.

© Tech.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin