BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
57978

Xəbər verdiyimiz kimi ötən gündən başlayan və bu gün gündüz saatlarınadək davam edən yağışlar nəticəsində paytaxt bakıda bir çox küçə və prospektləri su basıb.

Ökə.az xəbər verir ki, bir sıra ərazilərdə avtobuslar, minik avtomobilləri, eləcə də yaşayış evləri sel sularının altında qalıb.

Belə olan halda baş vermiş vəziyyətə görə zərərçəkənlərə hər hansı kompensasiyanın ödənilib-ödənilməməsi məsələsi meydana çıxır.

Mövzu ilə bağlı Ölkə.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki,yağış altında qalan maşınlara görə dəyən zərəri kasko sığortası olanlar ala bilər:

“Könüllü növ kasko sığorta müqaviləsi şərtlərində təbii fəlakət və s. qeyd olunubsa, hər hansı bir problem yoxdur, nəqliyyat vasitəsi təminata düşür. Yəni sığorta şirkəti sığortalanan avtomobillərə dəymiş zərərin qarşılığını ödəyəcək. 

Amma bəzən olur ki, avtomobili dəyərindən az, məsələn, 50-75% sığortalıayırlar. sığortalayırlar ki, az həcmdə sığorta haqqı ödəsinlər. Bu zaman artıq onlar üçün ciddi sürpriz olacaq”.

Ekspert su basan evlərlə bağlı  da danışıb:

“İcbari sığortaları varsa, orada da qanunvericilikdə nəzərdə tutulmuş formada təbii fəlakət və s. qeyd olunur. Bu şərtlər çərçivəsində ödəniş təminata daxil olur. 

Əfsuslar olsun ki, bu gün Azərbaycanda çox adam evini sığortalamır. 

Bir şeyi də qeyd etmək lazımdır ki, Bakı şəhərində evlərin icbari sığortasının rüsumu 50 manatdır və sığorta şirkəti tərəfindən ödənilən maksimum məbləğ 25 min manat təşkil edir. İcbari növ sığortada 25 min manatdan çox dəyən zərər təminata daxil deyil”. 

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, bəzi hallarda dövlət tərəfindən sığorta olmayan evlərə görə də ödəniş edilir:

“Əmlakın sığortalanması üçün onun çıxarışı olmalıdır. Çıxarış olmasa, mümkün deyil. Azərbaycanda daşınmaz əmlakların sığortalanmasına maraq qazdır. Ən çox məcburi sığortalanan əmlaklar ipoteka kreditində olan, yəni kreditli şərtlərlə satılan əmlaklardır. Banklar öz pullarını sığortalamaq üçün həmin əmlakları sığortalamaq məcburiyyəti qoyurlar. 

İnsanlarda sığorta ilə maaariflənmə az olduğuna və bu sahədə məcburiyyət olmadığına görə hər hansı bir təbii fəlakət, yanğın və ya subasma zamanı dəymiş zərərin kim tərəfindən ödəniləcəyi sual altında qalır. Əgər bir əmlakın sığortası yoxdursa, dəymiş zərər vətəndaşın özü tərəfindən törədilibsə, həmin əmlak sığorta predmetinə çevrilə bilmir. 

Amma biz təcrübıyə baxsaq, görərik ki, ölkədə ayrı-ayrı illərdə torpaq sürüşməsi, zəlzələ, subasma hadisələri zamanı vətəndaşların sığortası olmasa belə hansısa bir formada dövlət tərəfindən vətəndaşlara dəymiş zərər kompnsasiya olunub. Əgər həmin əmlak yaşayış üçün yararsızdırsa, sel subasma nəticəsində tamamilə sıradan çıxıbsa, dövlət tərəfindən o əmlaklara dəymiş zərər qarşılanır. Amma sadəcə su basıb quruduğu zaman və əmlakın sığortası yoxdursa, təbii ki, vətəndaşa həmin halda kompensasiya ödənilmir. 

Əgər vətəndaşın mənzilinin çıxarışı varsa və o öz əmlakını sığortalamayıbsa, vətəndaşın hansısa qurumlardan tələbinin olması doğru deyil. Çünki qanunvericilikdə sığorta predmetləri var və dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır. Amma bu hal məcburiyyət ola bilmir. Çünki ölkədə xüsusən paytaxt Bakı şəhərində və Abşeron ərazisində daşınmaz əmlakların bir hissəsi çıxarışlı olsa da, bir hissəsi çıxarışsızdır. Çıxarışsız əmlakların sayı çox olduğuna görə bunu məcburi etmək mümkün deyil. Əmlakın sığortalanması məcburi olsa, çıxarışsız ev sahibləri də istəyəcək ki, evi sığortalansın, amma qanun çıxarışsız evin sığortalanmasına imkan vermir”. 

E.Fərzəliyev bu gün baş vermiş hadisəyə görə aidiyyəti qurumların məsuliyyət daşıdığını söyləyib:

“Vətəndaşa dəymiş zərər bir var, zəlzələ torpaq sürüşməsi və s. səbəblərdən olsun. Bir də var ki, deyirlər yağış normadan çox yağıb. Bunda günahkar nə vətəndaşdır, nə də yağış. Burada məsələ yolların düzgün qurulmaması kanalizasiya xətlərinin düzgün işləməməsidir. Nəzər almalıyıq ki, Bakı amfibiya şəhərdir, sular yuxarıdan aşağı axır. Digər tərəfdən ölkədə son 30 ildə minlərlə daşınmaz əmlak  tikilməsinə baxmayaraq yeni kanalizasiya xətlərinin çəkilməməsi və bütün yeni əmlakların köhnə kanalizasiya xətlərinə qoşulması səbəbindən o xətlər də belə güclü yağışlar olanda suları daşıya bilmir. Yəni burada təkcə əmlakını sığortalamadığı üçün vətəndaş günahkar deyil. Burada müxtəlif qurumlar da məsuliyyət daşıyır. 

Əgər təbii fəakətdirsə, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara dəymiş zərərin qiymətləndirilməsini aparır. 

İstənilən qurum təbii fəlakətlərə hazırlıqlı olmalıdır. Yağış sadəcə bir sutka yağdı və bu cür hadisələr oldu. Bu yağışın müddəti daha çox ola bilərdi. Belə çıxır ki, şəhər iflic halına düşcəkdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu fermerlərə 15 min ayrılacaq

Qurban Pirimova yüksək vəzifə verildi

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

GPT-4 insanlarla debat testində - 64 faizlə qalib sizcə kim oldu?

Laçın Hava Limanının açılışı oldu, Prezidentlər iştirak etdi - YENİLƏNİB

Laçında bu müəssisələrdə çalışanlar 1000 manat maaş alır

Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB

Azərbaycanın 9 beynəlxalq hava limanı - SİYAHI

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünyanın ən bahalı 10 ətri - 2 milyondan başlayır

Müştəri gözləntiləri nədir və necə qarşılanır? - SƏHƏR OXUSU

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin