BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
57844

Atlantik okeanının hər iki sahilindəki proseslər birjalarda ciddi dalğalanmalara səbəb oldu.

Avropa Mərkəzi Bankının (AMB) son faiz endirimi və Donald Trampın mümkün prezidentliyi qlobal ticarət müharibəsinə səbəb olma riskini artırması major valyutalar, xüsuslilə də, EURUSD məzənnəsi üzərində təzyiqləri artırdı.

Trampın ABŞ-ın tariflərinin Çin və digər ölkələrlə yanaşı Avropanı da hədəfə ala biləcəyini söyləməsindən bir neçə gün sonra, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hər hansı problemin Birliyin çətin vəziyyətdə olan iqtisadiyyatı üçün “aşağı risklər” yaradacağını ifadə edib.

ECB bu il ardıcıl olaraq üçüncü faiz endirimini də etdi. Qərardan gələn siqnallar yumşalma dövrünün davam edəcəyi ilə bağlı ehtimalları daha da artırdı.

Qızıl artan geosiyasi risklər və əsas mərkəzi bankların faiz dərəcələrini azaltma siyasətləri səbəbindən güclənməyə davam edir. Xüsusilə, Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-dan gələn güclü iqtisadi məlumatlar və qlobal bazarlardakı qeyri-müəyyənliklər qızılın “güvənli liman” kimi bahalaşmasına dəstək oldu.

Cari həftə ərzində Amerikada açıqlanacaq daşınmaz əmlak bazarına dair statistik rəqəmlər, eləcə də, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri malyyə bazarlarında tendensiyaların gedişinə təsir edə bilər.

EUR

Ötən həftə Avrozonada inflyasiyanın ehtimal olunduğu kimi azalma ilə açıqlanması və Avropa Mərkəzi Bankının faiz dərəcələrini 25 baza bəndi azaltması EURUSD məznnəsində eniş tendensiyasının dərinləşməsinə səbəb oldu. Qeyd edək ki, bu ECB-nin bu il artıq 3-cü faiz endirimi idi.

Bu həftə isə Avrozonada dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, AMB sədri Kristin Laqardın həftənin çərşənbə axşamı və çərşənbə günləri ardıcıl 3 çıxışı investorların diqqət mərkəzində olacaq.

Ötən həftəyə 1.0930 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.0810 hədlərini test etdikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0865 həddində bağladı. “Ayılar” qiyməti 1.09$-ın altında saxlaya bilsələr, eniş tendensiyası 1.0800 – 1.0770 hədlərinə kimi davam edə bilər.

Mümkün əks ssenaridə isə, 1.0952 səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.

GBP

Keçən həftəyə 1.3055 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.2970 həddini test etdi.

Lakin, bu səviyyədən dəstək tapan paritet bir qədər bahalaşdı. Həftəlik şamını 1.3050 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçün investorlar cümə axşamı günü İngiltərədə dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin həftənin çərşənbə və cümə axşamı günləri ardıcıl 3 çıxışını diqqətdə saxlayacaqlar.

OİLUK

Ötən həftəyə 78.40$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində İsrailin İranın neft və nüvə obyektləri kimi kritik hədəfləri vura biləcəyi ilə bağlı fərziyyələrin zəifləməsi  fonunda 73.50$-a kimi ucuzlaşdı.

OİLUK-də qiymət 75$-ın altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.

XAUUSD

İsrail və HƏMAS arasındakı gərginlik bu həftə əmtəə birjalarında qızılın artım tendensiyasını dəstəkləyən əsas amillərdən biri olub. İsrailin HƏMAS lideri Yəhya Sinvarı öldürdüyünü elan etməsindən sonra Yaxın Şərqdə qarşıdurmalar yenidən güclənib.

ABŞ iqtisadiyyatının güclü qalmaqda davam etdiyini göstərən məlumatlar dolları dəstəkləyir və DXY 3.5% dəyər artımı ilə 103 bənd diapazonundakı mövqeyini gücləndirib. Mövcud perspektiv FED-in faiz dərəcəsinin azaldılması prosesində ləngiməsinə imkan yaratsa da, qızıla təzyiq edən faktor kimi də qiymətləndirilir.

Avropa Mərkəzi Bankı (AMB) bu il üçüncü faiz endirimini edib və depozit faizini 3.25%-ə endirib. ECB-nin məqsədi inflyasiyanı nəzarət altında saxlamaqdır ki, bu da bazarların qızıl kimi təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Eyni zamanda, Çin Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün addımlar atır. Çində genişlənən fiskal siyasətlər bazara likvidlik təmin edir. Bundan əlavə, ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənliklər də diqqətdən kənarda qalmamalıdır. Bu proselərlər fonunda riskdən qaçmağa çalışan investorların kütləvi qızıl alışları fonunda, qiymətli metal yeni zirvələr arayışındadır.

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu il mərkəzi bankların qızıl alışları 6% artaraq 183 tona çatıb. Həmçinin, süni intellekt sektorundakı yüksəlişin qızıla olan tələbatı artırmağa davam etdiyi və texnologiyada qızılın istifadəsinin  hər il 11% artdığı bildirilib.

Beləliklə, qiymətli metal artım tendensiyasını yenidən bərpa etdi. “Sarı metal”-ın artım yönündəki əsas hədəfləri 2720$-ın üzərində günlük bağlanışdan sonra 2750$ və 2810$ hədləri ola bilər. Cari səviyyələrdən qazanc əldə edilərsə, 2715$ – 2.685$ diapazonunun dəstək zonası kimi yaxından izlənəcəyi görünür.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_______________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin