BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
57630

Xarici ölkələrdən onlayn məhsul alanların sayı hər keçən gün artır. Xaricdən məhsul aldığımız portalların sırası da genişlənir. Artıq elə bir həddədir ki, insanlar ən xırda məhsullarını belə xaricdən sifariş edirlər. Xarici saytlardan sifariş imkanı yaxşıdır. Bu isə ölkədəki bir çox sahibkarların fəaliyyətinə mənfi təsir edir, onlar qiymətdə uduzurlar. Təbii ki, bu, ən çox geyim sektoruna təsir edir. Nəticə olaraq son vaxtlar görürük ki, mağazalar kütləvi şəkildə endirimlər edirlər. Məsələn, ayaqqabıları, geyimləri 5-15 manat aralığına endirimlərə salırlar. Yəqin ki, bu üsulla da həmin sahibkarlar fəaliyyətlərinə çox davam edə bilməzlər. Bildirilir ki, dövlət bunun üçün müəyyən addımlar atmalıdır. Bəs dövlət tərəfindən hansı işlər görülməlidir ki, yerli sahibkarlar bu rəqabətdə uduzmasın?

 

Həm sahibkar, həm də dövlət bundan ziyan görür

 

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı Valyuta.az-a açıqlamasında bildirdi ki, ölkə daxilində ƏDV-nin differensial olmaması problem yaradır: “Azərbaycanda bütün sahələr 18 % ƏDV-yə cəlb olunur. Amma xaricdən onlayn platformada alınan məhsulların vergisi həmin ölkənin vergi siyasətinə görə müəyyənləşir. Məsələn, Azərbaycan vətəndaşı Türkiyədən tekstil alanda Türkiyə hökumətinə 10 % vergi ödəyir, amma həmin məhsulu Azərbaycanda alanda 18 % ƏDV ödəyir. Bu da, qiymətin baha olmasına təsir edir. Bunun dövlət büdcəsinə də böyük ziyanı var. Çünki, vətəndaş onlayn alış-veriş edən zaman başqa ölkənin sahibkarına xeyir vermiş olur, əlavə olaraq da, başqa ölkənin dövlət büdcəsinə vergi ödəyir. Bu tərəfdən baxanda hər iki tərəf, həm sahibkar, həm dövlət bundan ziyan çəkir”. 

 

Dövlət sahibkarı yox, büdcəni sığortalayır

 

E.Mərdanlının fikrinə görə, sahibkar ölkəyə məhsul idxal edən zaman o, alıcının yerinə öncədən dövlətə pul ödəməməlidir: “Bizim mövcud qanunvericiliyimiz dövlət büdcəsini qısamüddətli sığortalamaqdan ibarətdir. Amma uzunmüddətli sığortalamaq isə sahibkarı sığortalamaqdır. Yəni, alıcı məhsulu alan zaman ƏDV-ni sahibkar vasitəsilə dövlət büdcəsinə ödəyir. Gözləyir ki, məhsul nə zaman satılsa, o zaman ödədiyi pulu geri qaytaracaq. Bu, o deməkdir ki, sahibkarlar sığortalanmır, yalnız dövlət büdcəsi sığortalanır. Əslində isə, sahibkar o vergini məhsulu satdıqca ödəməlidir. Bu da problem yaradır. Çünki elə məhsullar olur ki, sahibkar onu sata bilmir və xaricdə aldığı şirkətə geri qaytarır. Bu zaman isə ödədiyi vergiləri dövlətdən geri ala bilmir. Bu tipli hallar Azərbaycanda sahibkarların xarici onlayn platformalarla rəqabət apara bilməməsinə gətirib çıxarır. Çünki sahibkarın pulu yoxdur. Sahibkarın pulu olmalıdır ki, yerli istehsal yaratsın, innovativ fəaliyyət göstərsin. Azərbaycanda sahibkar aylıq yaşamaq üçün fəaliyyət göstərir. Bağlanan, borclu olan mağazalar kifayət qədərdir”.

Qanunvericiliyə dəyişkilik edilməsə, 10-15 ilə bu sektor tənəzzül edəcək

“Sahibkarın yeri istehsal yaratmamasının digər səbəbləri də var. Məsələn, ölkəyə parça idxal olunur. İdxal olunan parçanın da gömrük rüsumu 15 %-dir, hazır məhsulun da. Belə olan halda, sahibkar niyə özünə əziyyət verib yerli istehsal etsin ki? Əgər dövlət yerli istehsalın vergidən azad olunmasına, yerli istehsalla bağlı ölkəyə gətirilən xammalın rüsumlarının aşağı endirilməsinə şərait yaratsa, təbii ki, yerli istehsala da sahibkar fikir verər. Yəni bu sahədə qanunvericiliyə dəyişiklik edilməsə, 10-15 il ərzində qeyri-neft sektorunun bu sahəsi tənəzzülə uğrayacaq. Biz bunu artıq markaların bağlanmasında görürük” – deyə, E.Mərdanlı əlavə edib.

 

Vətəndaşla sahibkarlar arasında fərqləndirmə olmamalıdır

 

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, hökumət sahibkar ilə vətəndaş arasında fərq qoymamalıdır:

“Dövlət vətəndaşların 300 dollara qədər xaricdən gətirilən mallarını vergidən azad edib. Bu vergi yəni, 18 % ƏDV, 15 % gömrük rüsumu, 2-3 % də gömrük rəsmiləşdirmə xərcləri də daxil olmaqla 35-36 %-dir.  Hökumət sahibkara bu vergini tətbiq edir, amma vətəndaşa yox. Bu da, sahibkar ilə vətəndaş arasında ədalətsizlik yaradır, birinin digərini üstələməsinə səbəb olur. Bundan başqa, vergidən yayınma hallarına gətirib çıxarır. Bir çox sahibkarlar onlarla şəxsin adına hesab açır, vergidən yayınmaq üçün 300 dollara qədər sifarişlər edirlər. Həmin şəxslərin adına malları gətirib, satış həyata keçirirlər. Bu, həm vergidən yayınmaya, həm də rəqabətin pozulmasına gətirib, çıxarır. Çünki sahibkar mağazasına malları gətirəndə düşünür ki, onu X bir şəxsə satacaq, həmin şəxs isə indi o məhsulu özü gətirir və vergi də vermir. Amma X şəxsə məhsul satmaq istəyən sahibkar vergi verir, buna görə də qiymətdə fərq yaranır”.

 

Ya sahibkar da vergidən azad olunsun, ya da vətəndaş vergi versin

 

Ekspert vurğulayıb ki, kiçik sahibkarlara dəstək üçün dövlətin həyata keçirəcəyi ən vacib tədbir ədalətsizliyin aradan qaldırılmasıdır: “Ya sahibkar da o vergini ödəməməlidir, ya da vətəndaşlar da vergi ödəməlidir. Və 300 dollarlıq limit ləğv edilməlidir. Əgər tamamilə ləğv olunmasa belə, bu limit azaldıla bilər. Məsələn, bu limit əvvəl 10 min dollar idi, sonra 1 000 dollara, daha sonra 300 dollara endirildi. İndi buna yenidən baxıla bilər. Ümumiyyətlə, bu cür qeyri-bərabər vergi qoyma hökumət tərəfindən onlayn ticarətə dəstəkdir, amma sahibkarlara ziyandır”.

 

Onlayn satış və xidmət göstərən yerli sahibkarlara güzəştlər

 

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, belə hallarda dövlət tərəfindən inzibati müdaxilə arzuolunan deyil. Daha məqsədəuyğundur ki, yerli sahibkarlar təşviq olunsun. Eyni zamanda sahibkarların özü də daha innovativ alətlərdən istifadə etsinlər: “Məsələn, ABŞ-də onlayn satışla məşğul olan sahibkarlar üçün satış vergisindən azadetmə var. Həmin sahibkarlar satış vergisi vermir. ABŞ-də ƏDV yoxdur, onu əvəz edən satış vergisi var. Nəticədə sahibkarlar onlayn satışa, xidmətlərə üstünlük verirlər. Bizdə də oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğun olardı”.

Deputat deyir ki, onlayn satış və xidmət göstərən yerli sahibkarlar üçün ƏDV-də güzəştlərin tətbiq edilməsi praktik olaraq bizim sahibkarların da onlayn satış həcmini artıra bilər: “Bununla yanaşı, sahibkarlara imkan verər ki, ofis, işçi xərclərini azlatsın. Bu, həm də onlar üçün rəqabət baxımından çox vacibdir. Dövlət tərəfindən təşviq alətlərinin genişləndirilməsi, digər tərəfdən sahibkarların özünün daha innovativ alətlərdən istifadə etməsinə ehtiyac var ki, sahibkarlar qlobal çağrışlar fonunda bu rəqabətdə uduzmasınlar”.

Əvəz Həsənov     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin