
08.10.2024 / 22:01
"Bitcoin"in yaradıcısı bu gün açıqlana bilər
57057
HBO sənədli filmi "Bitcoin"in sirli yaradıcısının kimliyini açıqlaya bilər.
Valyuta.az-ın xəbərinə görə, "Bitcoin"in yaradıcısı kimi tanınan Satoshi Nakamotonun kimliyinin HBO-nun yeni sənədli filmində üzə çıxdığı iddia edilib.
Bu gün nümayiş olunacaq sənədli filmdə "Bitcoin"in arxasındakı sirrin açıqlanacağı deyilir.
"Emmy"nin namizədi Cullen Hoback tərəfindən çəkilən bu sənədli film, Satoshi Nakamotonun kimliyini ortaya qoyduğunu iddia edərək kripto dünyasında böyük bir həyəcan yaradıb.
Bu iddialar doğru olarsa, dünya maliyyə bazarlarında və hətta ABŞ prezident seçkilərində böyük əks-səda doğura bilər.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay