Qızılın qiyməti tarixi rekordunu yenilədi
Fed-in güclü faiz endirimindən sonra qızılın 1 unsiyasının qiyməti növbti rekordunu qırıb.
Valyuta.Az-ın verdiyi xəbərə görə, Fed-in 50 baza bəndlik faiz endirim qərarını elan etdiyi çərşənbə günü 2.600 dollar səviyyəsini test edən qızılın 1 unsiyasının qiyməti bu gün həmin zirvəni də aşaraq 2.612,75 dolları gördü.
Sprott Asset Management-ın baş portfel meneceri Ryan McIntyre, “Qərb dünyasında əhəmiyyətli dərəcədə az investisiya edildiyi və hazırda mövcud olan bir çox maliyyə təhdidlərinə qarşı dayana biləcək nadir aktivlərdən biri olduğu üçün qızılla bağlı çox müsbət fikirdəyik. Faiz endirimlərindən əlavə, qızıl ABŞ dollarının dəyər itirməsindən, bir çox Qərb ölkəsinin qeyri-sabit maliyyə vəziyyətindən və digər aktivlərdən müstəqil olan dəyər saxlama vasitəsi kimi qlobal tələbdən faydalanmağa davam edəcək,” deyə qeyd etdi.
Analitiklər bildirirlər ki, qızılın yüksəlişi ilkin olaraq 2.619 dollar səviyyəsinə qədər davam edə bilər. Bu səviyyənin aşılması halında, 2.636-2.654 dollar aralığı yeni hədəf olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay