Sənaye
18.09.2024 / 15:04
Direktor: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir
55829
Hazırda Azərbaycanda qazpaylayıcı şəbəkənin uzunluğu 73 min kilometrin üzərindədir.
Valyuta.az xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Bakıda keçirilən 1-ci Beynəlxalq “Caspian Gas İndustry Forum”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz" üzrə abonentlərin sayı 2,6 milyonu üstələyir.
Azər Məmmədov onu da qeyd edib ki, ölkə üzrə qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu sahədə işlər davam etdirilir.
"Azərbaycanda qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu da dünyada nömrə bir göstəricidir", - Azər Məmmədov vurğulayıb.
O, əlavə edib ki, ölkəmiz qazlaşma göstəricisi üzrə Niderland, Gürcüstan, İtaliya, Böyük Britaniya kimi ölkələri üstələyir.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay