Sosial
11.09.2024 / 11:12
DSMF-nin xərcləri 551 mln manat artıb
55375
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 3 faiz və ya 119 mln. manat çox olmaqla 4 mlrd. 573 mln. manat təşkil edib.
Nazirlikdən Valyuta.az-a verilən xəbərə görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 103 mln. manat artaraq 3 mlrd. 718 mln. manat olub.
Yanvar-avqust aylarında DSMF-nin xərcləri 4 mlrd. 580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 551 mln. manat çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay