Nəqliyyat
10.09.2024 / 09:16
Metroda yenə problem - Bu dəfə sərnişin müdaxiləsi
55274
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaşanıb.
“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb “Qara Qarayev” stansiyasında sərnişinin vaqona müdaxiləsi olub.
Belə ki, sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb:
“Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə “Nərimanov” stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay