BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54091

Son günlər regionlardan quzu və mal əti xeyli bahalaşıb. Belə nki, hazırda bölgələrdə mal ətinin bir kiloqramı 14-15, quzu əti isə 20 manata təklif olunur. Halbuki, bir müddət əvvəl mal ətinin bir kiloqramı 12, quzu əti isə 16-17 manata satılırdı.

Bəs bu bahalaşmanı zəruri edən səbəb nədir?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ətin qiymətinin qalxması əslində gözlənilən idi:

“Baxmayaraq ki, ənənəvi olaraq yay aylarında ətin qiyməti aşağı düşürdü. Lakin ötən ildən başlayaraq bu ənənə pozulub. Hətta yay aylarında belə ətin qiyməti bahalaşır. Bunun da bir sıra səbəbləri var. Birinci səbəb odur ki, ümumi istehsal azalıb. Son illərdə heyvandarlıqda tənəzzül yaşanır.

İkinci səbəbsə məhsulun maya dəyərinin artmasıdır. Tək bir faktı deyim ki, ötən ilin bu dövründə yoncanın bir kipi 3 manata, hazırda isə 7 manata təklif olunur. Örüş yerləri olmadığı üçün fermerlər heyvanları qapalı şəraitdə saxlayırlar. Qapalı şəraitdə də çox heyvan saxlamaq mümkün deyil.

Üstəlik, örüşlə müqayisədə qapalı şəraitdə saxlanılan heyvanlardan əldə edilən məhsulun maya dəyəri xeyli baha olur. Ona görə də həm quzu, həm də mal ətinin bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, yaxın günlərdə toylar da başlayacaq və ətə olan tələbat daha da artacaq. Ona görə də yaxın zamanda ət daha baha qiymətə təklif olunacaq”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin