Azərbaycanda nağdsız valyuta bazarında 18 mlrd. dollara yaxın əməliyyatlar aparılıb
2024-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.8 mlrd. ABŞ dolları ekvivalentində olub.
Valyuta.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılıb.
Məlumata görə, valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4.9 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub.
Bildirilib ki, bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında 4 ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 12.9 mlrd. ABŞ dolları ekvivalentində olubki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2.4 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 87.5%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay