BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
52919

"Baş nazir “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar nədir, hansı hallarda ödənişlər dayandırılacaq və sosial ödənişlərin məbləğinə necə təsir göstərəcək? Yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və bu baxımdan da qaydaların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır".

Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisi deputatı Vüqar Bayramov bildirib.

“Qaydalara əsasən “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir. Sənəd, həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir. Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunub”.

Deputat qeyd edib ki, qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. 

“Yəni nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd eyni zamanda sosial ödənişlərin ödənilməsinin dayandırılması qaydalarını da müəyyən edir. Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödənilmə vaxtının bitməsidir. Digər tərəfdən, dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi halı baş verəndə, təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric ediləndə, şəhidin, o cümlədən vəfat etmiş “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olanda, “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmə ləğv olunanda və s. bir sıra digər hallarda ödənişlərin verilməsi dayandırılır. Sosial ödənişlərin məbləğinə gəldikdə isə bu qaydalar ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri ya cənab Prezident tərəfindən imzalanan Sərəncamlar, ya da birbaşa qanunla müəyyənləşir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

"SPRİNG SAN TEX"ə cərimə protokolu

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin