BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
51878

Yaxın keçmişə qədər əlində müəyyən məbləği olan insanlar özlərinə əsas və ya ikinci iş yeri yaratmaq istəyərkən ağıllarına ilk olaraq gözəllik salonu açmaq gəlirdi. Həmin dövrdə gözəllik salonu, gəlin maşınlarının kirayə verilməsi, gəlinliklərin kirayə verilməsi, internet kafelər, kiçik ərzaq dükanlarının açılması ağıla gələn ilk kiçik biznes ideyaları olurdu.

Son 10 ildə isə bu ənənəvi kiçik biznes sahələri ilə bərabər daha müasir biznes sahələri də inkişaf edib. Xüsusilə insanlar ikinci iş kimi çalışmaq istədiyi, sərbəst qrafikli, onlayn işlərə daha çox üstünlük verirlər. 

Bu istiqamətdə bəzi yaradılan şəbəkə biznesləri olsa da, əksər hallarda bunlar uğurlu olmur. 

Daha çox qadınlar evdən çıxmadan öz gəlirlərini təmin etməyə çalışır. 

Valyuta.az qadınlar üçün pul qazana biləcəyi bir neçə kiçik biznesi təqdim edir.

Tort və şirniyyatların hazırlanması – Bu biznes artıq ənənəvi biznes sayılsa da, hələ də öz aktuallığını itirməyib. Yaxşı əl bacarığı olan qənnadçıya hər zaman ehtiyac var. Xüsusilə dövrün tələbinə uyğun şokaladlardan, meyvələrdən hazırlanan şirniyyatlar aktualdır.

Kiçik keytrinq xidmətləri – Xüsusilə işləyən xanımların köməyinə hazır yeməklər çatdığına görə, onlar dadlı, ləzzətli və münasib qiymətə hazırlanan ev yeməkləri axtarışında olur.  Bu müasir bizneslə insanlar həm adi, həm də xüsusi günlərində süfrələrini bəzəyə bilirlər. Bundan əlavə diyet yeməklər də artıq trend sayılır. 

Öz evində uşaq dayəliyi – Bu bir az məsuliyyətli iş olsa da, evindən çıxmaq istəməyən xanımlar günlük, saatlıq xidmətlərlə uşaqlara dayəlik edə bilərlər. 

Müxtəlif əli işlərinin hazırlanması – Bura aksesuarların hazırlanması, çantaların, geyimlərin, hədiyyəlik bir çox məhsulun - şamların, çərçivələrin, rəsmlərin hazırlanması daxildir. Bir az internetdə araşdırma aparandan sonra özünüzə uyğun olanı tapa bilərsiniz. 

Toy xonçalarının kirayəsi və içinin dizayna uyğun yığılması, toy, nişan konfetlərinin hazırlanması – Son dövrlərin ən çox tələbatı olan kiçik bizes növlərindən biridir. Əgər insanlar əvvəl gücü çatan xonçaları almağa üstünlük verirdilərsə, indi daha yaxşı dizaynda bəzənmiş xonçaları kirayə götürməyə üstünlük verir.

Şəkillərin montajı, müxtəlif çap işlərinin hazırlanması - Evdən çıxmadan görülə bilən işlərdən biri də budur. Bunun üçün yaxşı kompüter bilikləri, qrafika, dizayn işlərini bilmək kifayətdir. 

Blogerlik – Müasir dövrün son trendi. Müxtəlif konseptlər müəyyən edib video çəkir, özünüzə kontent yaradırsınız. Əsas olan isə izləyicini necə yığa bilərəm sualıdır. Fərqli və maraqlı kontentlərə hər zaman ehtiyac var. Bu gün hətta bir çox tanınmış şəxslər də öz sosial şəbəkə hesablarını böyüdərək bloger kimi fəalliyyət göstərir.

Onlayn alqı-satqı – Bu bizneslə məşğul olmaq istəyən xanımlar isə xarici alış-veriş saytlarını tanımalı və izləməlidir. Onlayn alqı-satqı müasir dövrün gəlir gətirən ən böyük biznes sahələrindən biridir. 

Bu işləri isə qurmaq asan görünsə də, səbr, bacarıq, bir az da maddiyat tələb edir. Xüsusilə sosial şəbəkədən istifadə etmək bacarığı isə biznesin uğurlu olmasına səbəb ola bilər.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb

London taksiləri üçün GPS alınır - Birinin qiyməti 700 manat yaxındır

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Vəzifəli şəxs yol qəzasında həlak oldu

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır®

“WhatsApp” və digər mesajlaşma proqramları necə pul qazanır?

Aktuallığını itirən peşələr - Universitetlərdə yeni ixtisaslar açıla bilər

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Mərkəzi Bankın sədri hədəflərini AÇIQLADI

Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi

Sabah bu alternativ yollardan istifadə edin - Siyahı

İşğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin