Vitse prezident: “Amazon”da yeni təkliflərə etiraz edənlər 6 səhifəlik əsaslandırma yazmalıdır
“Powerpoint” təqdimatlardan imtina etmişik, yeni təkliflərə etiraz edən işçilər 6 səhifəlik əsaslandırma təqdim etməlidir”.
Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “Amazon”un vitse-prezidenti və baş texnologiya direktoru Verner Vogels (Werner Vogels) deyib.
O bildirib ki, “Amazon” belə bir qayda müəyyən edib. İclaslar təqdimat olmadan başlayır: “Tətbiq ediləcək yeniliklərlə bağlı qərar verilərkən etiraz edən işçilər təkliflərini 6 səhifəlik sənəddə sadə və aydın şəkildə əsaslandırmalıdır. Bu isə çox çətindir. Bu bizə nə verir? Birincisi əsassız iradlar ortadan qalxır. İclas başlayanda 30 dəqiqə ərzində hamı bu sənədi oxuyur və yaxşı qərar vermək üçün kifayət qədər məlumatlı olur. Ümumilikdə ideyadan məhsulun əldə edilməsinə gedən yol çox çətindir. Uğurlu olmaq üçün müştəri üçün hər şey aydın və sadə şəkildə yazılmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay