BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
51078

Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Bu isə, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 faiz azdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. 

Görəsən, ərzaqlıq buğdanın tədarük qiymətlərinin azalması fonunda çörəyin də qiyməti ucuzlaşacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, buğdanın tədarük qiymətinin azaldılması sadəcə olaraq çörəyin qiymətinin stabil saxlanılmasına hesablanmış addımdır.

Həmsöhbətimizin fikrincə, çörəyin qiymətinin aşağı düşəcəyi barədə danışmaq hələlik tezdir:

“Nəzərə almaq lazımdır ki, bir neçə sahə, o cümlədən çörək strategiyası strateji məqamları özündə əhatə edən bir sahədir. Burada hər hansı subsidiyaların ayrılmasında ilk növbədə mənfəət götürmə siyasəti yoxdur. Müəyyən olunmuş sahələr var ki, orada sahibkarlar az da olsa mənfəət götürə bilir. Ondan o tərəfə kənarlaşmalar isə mümkün deyil. Bu subsidiyalar isə hökumət hesabına mövcud dəhlizi stabil saxlamağa xidmət edir.

Buğdanın dövlət tədarükü qiymətinin 400 manat olması və keçən illə müqayisədə bu rəqəmin 50 manat aşağı müəyyən edilməsi heç də onun maya dəyərinin aşağı düşməsi anlamına gəlməməlidir. Ona görə də sözügedən addım çörəyin ucuzlaşmasına rəvac verən alət kimi çıxış etmir. Prosesdə hələ kifayət qədər digər xərclər də var.

Hazırkı vəziyyətdə atılan bu cür addımlar ancaq çörəyin qiymətinin stabil saxlanılmasına hesablanmış tədbirlərdir. Ucuzlaşma barədə danışmaq isə hələlik tezdir. Bu ucuzlaşmanı dünya bazarındakı qiymətlər formalaşdıracaq”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin