BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7938
  • RUB
    1.6915
  • TRY
    0.0493
  • GBP
    2.1513
50961

İnternetin, rəqəmsal texnologiyaların sürətli inkişafı ilə bütün dünyada olduğu kimi, ölkəmizdə də elektron ticarətdən yararlanan istehlakçıların sayı günbəgün artır. Azərbaycan Respublikasının Mərkəzi Bankının ölkəmizdə elektron ticarətə dair açıqladığı statistik göstəricilər də bu faktı təsdiqləyir. Belə ki, 2023-cü ildə əvvəlki illə müqayisədə Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2,1 dəfə artaraq 39 mlrd. 171 mln. manat, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə 16,7% artaraq 1 mlrd. 946 mln. manat olub.

Elektron ticarətin həcminin artması bu sahədə istehlakçıların öz hüquqları barədə məlumatlılığının da təmin edilməsini tələb edir. İnternet üzərindən onlayn alış-veriş etməyin üstünlükləri (məkan azadlığı, vaxta qənaət və s.) çox olsa da, istehlakçılar elektron ticarət zamanı bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşa bilirlər. Bəzən olur ki, sifariş olunmuş mal elan edilmiş vaxtda çatdırılmır və ya ümumiyyətlə çatdırılmır, bəzən də istehlakçının aldığı mal qüsurlu olur, əldə etdiyi mal sifariş etdiyi mala uyğun olmur. Bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlar elektron ticarət zamanı bu məsələlərə xüsusi diqqət yetirməlidirlər:

Satıcı barədə zəruri məlumatların əldə edilməsi

İlk tövsiyə ondan ibarətdir ki, istehlakçılar müxtəlif elektron platformalarda alış-veriş etmək istədikləri satıcı barədə zəruri məlumatları əldə etsinlər. “Elektron ticarət haqqında” Qanunda satıcının alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlı öhdəliyi nəzərdə tutulub. Satıcı özü (adı, VÖEN-i, əlaqə məlumatları, sahibkarlıq fəaliyyətinə xüsusi razılıq tələb olunduğu halda belə razılığın olması və s.) barədə məlumatları alıcılara təqdim etməlidir. Vətəndaşlar həmçinin alış-veriş etməzdən öncə müvafiq satıcı barəsində şikayətlərin olub-olmadığına, həmin onlayn mağazadan daha öncə alış-veriş etmiş istehlakçıların rəylərinə diqqət yetirməlidirlər. İstehlakçılara əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və s.) paylaşılmayan satış platformalarından alış-veriş etməkdən çəkinmələri tövsiyə olunur.

Bundan əlavə, istehlakçılar satıcının malın alqı-satqısı ilə bağlı təklif etdiyi müqavilənin bütün şərtlərini diqqətlə nəzərdən keçirməli, yalnız bundan sonra şərtlərlə razılaşdığı təqdirdə, müvafiq alqı-satqını həyata keçirməlidirlər.

Ödəniş və onu təsdiqləyən sənədlər

İstehlakçıların diqqət etməli olduğu əsas məqamlardan biri də alqı-satqı zamanı malın dəyərinin ödənilməsi üsulu və qaydası ilə bağlıdır. Elektron ticarət zamanı əksər hallarda ödəniş sifariş zamanı edilir.

Ödəniş həyata keçirildiyi zaman satıcı istehlakçıya qəbz və ya ödənişi təsdiqləyən başqa sənəd təqdim etməlidir. Bəzən istehlakçılar mal, xidmət və işlərin alınması zamanı ödənişləri öz bank kartından digər şəxsin bank kartına köçürülmə yolu (card to card) ilə həyata keçirirlər. Lakin nəzərə alınmalıdır ki, ödənişlərin bank kartından digər bank kartına köçürülmə yolu ilə həyata keçirilməsi istehlakçının gələcəkdə malla bağlı yarana biləcək hər hansı problemə görə satıcıya müraciət edilməsi, həmçinin onun hüquqlarının qorunması, təsdiqedici sənədlərin əldə edilməsi imkanını aradan qaldırmış olur. Bu hal həm də satıcı tərəfindən vergi qanunvericiliyin pozulması mənasına gəlir və buna görə qanunvericlikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.

Bağlanılmış müqavilənin icrasından imtina üçün şərtlər

Elektron ticarət zamanı istehlakçılar ənənəvi ticarətdə malik olduğu hüquqlarla yanaşı, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edə bilər. Məsələn, istehlakçılar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, malın, işin və ya xidmətin ödəniş qaydasından asılı olmayaraq, 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilərlər. Yəni, məhsul sifariş verildikdən sonra 7 gün ərzində həmin sifarişdən imtina oluna bilər. Lakin burada bəzi istisnalar mövcuddur. Belə ki, əgər tərəflər arasında digər razılaşma mövcud deyilsə, alıcı aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:

- 7 günlük müddət ərzində alıcının razılığı ilə müqavilənin icrasına başlanıldıqda;

- alıcının xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;
audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;

- qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.

Mal təhvil alınan zaman nəzərə alınmalı məqamlar

Elektron ticarət zamanı istehlakçılar malı təhvil alan zaman da diqqətli olmalıdır. Belə ki, vətəndaşlar malı təhvil alan zaman onu hərtərəfli yoxlamalı, malın müqavilənin şərtlərinə uyğunluğuna əmin olduqdan və mala dair zəruri sənədləri (ödənişi təsdiq edən sənəd, mövcud olduğu təqdirdə zəmanət talonu, texniki pasport və ya onu əvəz edən digər sənəd və s.) əldə etdikdən sonra təhvil-təslim aktını imzalamalıdırlar. Ödəniş əvvəlcədən ödənilmədiyi təqdirdə isə məhsulu və zəruri sənədlərin mövcuduğunu yoxlamalı və təhvil-təslim aktını imzaladıqdan sonra malın dəyərini ödəməlidirlər.

Pozulmuş istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciət

Elektron ticarət zamanı yuxarıda qeyd edilən hüquqları pozulmuş istehlakçılar bu hüquqlarının müdafiəsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə internet səhifəsi - //competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif, elektron poçt - [email protected] və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. İstehlakçıların həmçinin inzibati orqanla yanaşı, məhkəməyə də müraciət etmək hüququ var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şirvanda məcburi köçkün qəsəbəsi ilə bağlı 1,4 milyonluq "kombi layihəsi"

Ərzaqlıq buğda əkilmiş sahələrlə bağlı 13 milyonluq layihə

"Apple" 2026-cı ildə "ChatGPT" ilə rəqabət aparmaq üçün smart "Siri"ni buraxacaq

Yapon hökuməti vəziyyəti düzəltmək üçün 140 milyard dollar ayırdı

Sosial Xidmətlər Agentliyi 279 min manatlıq mebel alır

"Vitta Elmi-Texniki" şirkəti cərimələnə bilər

"Windows 10"da nə baş verir? - "Microsoft" problemi təsdiqlədi

"Amazon"dan "Anthropic"ə daha 4 milyard dollarlıq sərmayə

"AEV" cərimələnə bilər

"Hyundai" və "Kia" 200 mindən çox avtomobilini geri çağırır

"Hyundai" və "Kia" 200 mindən çox avtomobilini geri çağırır

Elon Maskın süni intellekt şirkətinin dəyəri 50 milyard dollara çatdı

7,13 trilyonluq aktivləri idarə edən şirkətin kripto bazarla bağlı planları

Sosial Xidmət Agentliyinin 1,6 milyonluq tenderi ləğv edildi

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Beş aşağı büdcəli aviaşirkət 179 milyon avro cərimələndi

ABŞ-dan "Gazprombank"a qarşı yeni sanksiyalar

Almaniya, Yaponiya və ABŞ-ı geridə qoyaraq III yerə yüksələn Çin

Quş ətinin satışı ƏDV-yə cəlb olunurmu?

Marketlərdə pul qalığının yerinə kibrit verilməsi qanun pozuntusudur?

“Bakı Sığorta” ləğv edilir

“Bakı Sığorta” ləğv edilir

Əmək Məcəlləsinə uyğun olaraq ölkə ərazisində iş vaxtı necə tənzimlənir?

Naxçıvan Daxili İşlər Nazirliyi büdcədənkənar vəsait hesabına tibbi avadanlıq alır - Məbləğ

COP29 Sədrliyi bəyanat yaydı

Yararsız pulları yeniləri ilə dəyişdirə bilərik?

Prezident Fərid Əhmədova rütbə verdi

Prezident Fərid Əhmədova rütbə verdi

"OpenAI"ın baş direktorunun illik maaşı hamını şoka saldı - Cəmi 73 min dollar

Trendyol COP29-da ®

Qarabağa avtobus biletləri satışa çıxarılır

Dizel istehsalındakı kəskin artım nə ilə bağlıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin