BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8451
  • 1 Rusiya rublu
    0.0174
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2075
50512

Son illərdə Azərbaycanın xarici ticarət əməliyyatlarında profisitin, yəni müsbət fərqin həcminin kiçilməsi müşahidə edilir. Bu proses arzuolunan deyil və bunun qarşısının alınmaması yaxın gələcəkdə cari əməliyyatlarda profisitin kiçilməsinə, nəticədə isə tədiyə balansında tarazlığın pozulmasına səbəb ola bilər.

Valyuta.az Sfera.az-a istinadən bildirir ki, xarici ticarətdə profisitin kiçilməsi ixracın qeyri-sabit olması, eləcə də idxalının davamlı artması ilə bağlıdır. Son 10 il ərzində Azərbaycanın ixracı sabit olmayıb və 13,5 milyard dollarla 41,7 milyard dollar arasında dəyişib. 2022-ci ildə ixracımız 41,7 milyard dollara yüksələndən sonra 2023-cü ildə 34 milyard dollara geriləyib. 2024-cü ildə ixracın həcminin 26-28 milyard dollar olacağını təxmin edilir.

İxracda qeyri-sabitlik müşahidə edilsə də idxalda vəziyyət aydındır. İdxal hər 2-3 ildən bir davamlı artır. On il əvvəl 9,2 milyard dollar olan idxalın həcmi 2023-cü ildə 17,3 milyard dollara yüksəlib. 2024-cü ilin ilk 5 ayının nəticələri göstərir ki, cari ildə də idxal artacaq. 

Mövcud vəziyyəti təhlil etdikdə aydın olur ki, Azərbaycanın qarşısında dayanan əsas iqtisadi hədəflərdən biri məhz ixracın artırılmasıdır. Bu məqsədə çatmaq üçün ölkəmizdə emal sənayesinin inkişaf etdirilməsi vacibdir.

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ixracı xammala asaslanmaqla davamlı artırmaq mümkün deyil. Xammal satan ölkələr ixracda artıma müəyyən mərhələyə qədər nail ola bilir, sonrakı artım imkanlarını təmin etmək mümkün olmur. Buna görə də ixracı artırmağa çalışan bütün ölkələr emal sənayesi sahələrinə xüsusi diqqət ayırır, ölkədə bu cür müəssisələrin sayının, işinin keyfiyyətinin artırılmasına çalışır. Emal sektoru inkişaf edən ölkələrdə ixracla bərabər idxalın strukturu da yaxşılaşır. Ölkəyə gündəlik istehlak mallarının idxalı azalır, əsas üstünlük xammala və investisiya məqsədilə alınan mal və avadanlıqlara keçir.

Azərbaycan ixracında emal sektorunun payı hələlik yüksək deyil. Ölkəmizin xarici ticarətində xammal ixracının payı olduqca yüksəkdir, emal sektorunun ixracda payı isə 10 faiz ətrafında dəyişir.
 
2023-cü ilin məlumatına əsasən, ixracın həcmi 33,9 milyard dollar olub. Bunun 3,3 milyard dollara yaxını qeyri neft-qaz malları, 30,6 milyard dolları neft-qaz sektoruna aid mallardır. Neft-qaz sektoruna aid malların 30 milyard dolları xammal, 600 milyon dollara yaxını isə emal məhsullarıdır. Qeyri neft-qaz məhsullarının isə təxminən yarıdan çoxu xammal və ilkin emal mallarıdır. Deməli, 2023-cü ildə ixrac olunan məhsulların 90 faizdən çoxu xammal, qalanı isə emal sənayesi məhsullarıdır.

Son 10 ilin ixracının strukturunda ciddi dəyişiklik baş verməyib. On il əvvəl də Azərbaycanın ixracı xammal və ilkin emal məhsullarından ibarət idi. Amma idxalın strukturu dəyişir. Ölkəmizə istehlak məqsədilə idxal edilən malların xüsusi çəkisi artır. Ümumi idxalın 40 faizi istehlak mallarından ibarət olub. Ümumilikdə, idxalın 82 faizindən çoxu qeyri neft-qaz mallarıdır. Xarici ticarət vəziyyətinin təhlili göstərir ki, Azərbaycanda emal sənayesi üzrə ixracın həcminin artırılması vacibdir. Son illərdə bunun üçün hökumət müxtəlif tədbirlər görüb. Bu istiqamətdə atılan ən güclü addım xüsusi sənaye zonalarının yaradılması və bu zonalarda fəaliyyət göstərən müssisələrə vergi və gömrük güzəştlərindən istifadə imkanının yaradılmasıdır. Həmin müəssisələr 10 il ərzində ƏDV-dən və gömrük rüsumundan azaddırlar.

Lakin bir incə məqamı unutmamaq lazımdır ki, emal məhsullarının ixracının artırılması sadəcə emal müəssisələrinin yaradılmasından asılı deyil. İxracın artılmasında vacib şərt yüksək marka dəyəri olan məhsulların istehsalıdır. İnsanlar aldıqları məhsulun keyfiyyətli olub-olmamasını məhz onun markasına əsasən müəyyən edir. Çox az sayda insan tanınmayan markalara məxsus emal sənayesi məhsulunu alır. Buna görə də bir çox ölkə yüksək marka dəyərinə sahib məhsulların istehsal müəssisələrin yaradılmasına çalışır. Bu məqsədlə isə tanınmış şirkətlərinin imkanlarından bəhrələnir, onların ortaqlığı ilə müəssisələrin qurulmasına, idarəedilməsinə səy göstərir. Çünki yaxşı məhsulun istehsalı onun ixracının da yaxşı olacağı nəticəsini çıxartmağa əsas vermir. Məhsulun satışının yaxşı olması onun tanınmasından, markalaşmasından çox asılıdır.

Bir ölkənin qısa müddətdə tanınan, etibar edilən marka yaratması asan deyil. Buna görə də ən qısa yol tanınmış markaya sahib şirkətləri cəlb etməklə güclü, yüksək ixrac imkanı olan müəssisələrin yaradılmasıdır. Azərbaycan da emal məhsullarının ixracının artırılması məqsədilə bu yolu getməyə məcburdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Sevmədiyimiz rəhbərlə işləmək - Bizə və işimizə təsiri

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Dünyanın ən böyük altkoinlərindən biri adını dəyişdirir

"Ford" səhmdarlarına dividend ödəyəcək - Qərar

"JPMorgan" analitikləri "Bitcoin" mədənçiləri haqqında hesabat yayınladı: “Onların təxminən 9 ayları var”

Yaponiya ilə Rusiya arasındakı ticarət dövriyyəsi ikinci ay da artdı

Ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

İki şirkət arasında alqı-satqı mübahisəsi

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Rusiya və Belarus PostEurop Avropa Assosiasiyasından tamamilə çıxarıldı

Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər

Satışlar gözləniləndən çox zəiflədi - "Nestle" vacib addım atdı

Alimlər travmatik beyin zədələrinin müalicəsi üçün yeni üsul təklif etdi

"MY FRUIT" gömrük qaydalarını pozub

İtaliyanın böyük bankı Rusiyadan olan müştərilərin "ağ siyahısı"nı açıqladı

Böyük prokuror Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləğini açıqlayıb

Tikinti materialları bahalaşıb - Son qiymətlər (VİDEO)

Valyuta tənzimi qaydaları pozuldu - Məhkəmə

Noyabr ayında ziyarət ediləcək üç isti Avropa məkanı

ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib

ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib

Niderland Ukraynaya 271 milyon avro ayıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin