BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
50367

“Heç vaxt təslim olma” ifadəsinin şablon olmasının bir səbəbi var. Həyat uğursuzluqdan müvəffəqiyyətə qədər ümid hekayələri ilə doludur. Hər uğursuzluq əslində uğura aparan yolda kiçik bir zərbədir. Bizi bir az sarsıtsa da, yolu tanımağa kömək edir və bizi daha da gücləndirir. 

Sarah Jessica Parker, Stephen King, J.K. Rowling, Emily Blunt, Oprah Winfrey və Cim Carrey. Zəngin, gözəl, istedadlı, yaraşıqlı, ən çox da şanslı sifətlərindən istifadə etməzdən əvvəl onların məşhurlaşmadan əvvəlki həyatlarına nəzər salmaqda fayda var. Bir müddət avtomobillərində yaşamaq məcburiyyətində qalan, uzun müddət yoxsulluq və ciddi ailə çətinlikləri ilə mübarizə aparan, karyera yollarında onlarla dəfə rədd edilən, lakin heç vaxt təslim olmayan bu məşhur adların həyat hekayələri çox diqqəti çəkir.

Valyuta.az xəbər verir ki, bu şablona tam uyğun gələn və çətinliklərə baxmayaraq cəhddən əsla vaz keçməyən 6 dünyaca məşhur adın uğur hekayələrini təqdim edir:

J.K. Rowling

Məşhur yazıçı ilk kitabından - “Harri Potter”dən cəmi üç il əvvəl böyük çətinliklərlə üzləşib. Dövlət yardımı alan və boşandıqdan sonra körpəsinə baxmaqda çətinlik çəkən Rowling kompüteri olmadığı üçün 90 min sözdən ibarət "Harri Potter və Fəlsəfə Daşı" adlı ilk kitabını əl ilə yazıb. Onlarla dəfə rədd cavabı alandan sonra kiçik bir nəşriyyat kitabı nəşr etmək qərarına gəlir. Buna səbəb nəşriyyat sahibinin səkkiz yaşlı qızının kitabı çox sevməsi olub.

Stiven Kinq

Stiven Kinq uzun müddət çox kasıb bir həyat yaşayır. Evlənmək üçün borc götürür və həyat yoldaşı ilə karvanda yaşamağa başlayır. O, heç vaxt yazmaqdan vaz keçmir. O, cəmi 35 dollar qazandığı ilk nəşr olunan “The Glass Floor” hekayəsindən əvvəl 60 rədd məktubu alıb. Stiven Kinq kitabları bu gün milyonlarla tirajla satılan məşhur yazıçıdır.

Cim Kerri

Cim Kerrinin çətin günləri 14 yaşında başlayır. Atası işini itirir və onlar treylerə köçməli olurlar. İlk dəfə 15 yaşında anasının hazırladığı kostyumla səhnəyə çıxan Kerri axtardığı diqqəti tapa bilməyib. 16 yaşında məktəbi tərk edib və komediyaçı olmaq üçün Los-Ancelesə köçüb. Uzun müddət öz avtomobilində yaşayan və arzularına çatmaq üçün mübarizə aparan Kerri 1995-ci ildə özünə bir qeyd yazıb və bir gün 10 milyon dollar qazanacağını bildirib. Onun arzusu “Dumb and Dumber” filmi ilə reallaşır. Bu qeydi hələ də saxladığını deyən Kerri xəyalının arxasınca getməyi heç vaxt dayandırmayıb.

Sarah Jessica Parker

Sarah Jessica Parker kasıb mədən şəhərciyində anadan olub. Onun dörd bacısı var. Onun iki yaşı olanda valideynləri boşanır. Anasının ikinci evliliyi ilə ailəyə daha dörd bacı əlavə edildikdə, Parker anasını maddi cəhətdən dəstəkləmək üçün özünü rəqs və mahnı oxuyarkən tapır. Kasıb həyatına baxmayaraq, anası həmişə Parkeri aktyor olmağa təşviq edir. Parker heç vaxt təslim olmur. O, təqaüdlə oxuyur, sonra aktyor dinləmələrində iştirak edir. Onlarla köməkçi rollardan sonra o, nəhayət, Kerri obrazı ilə sıçrayış edir.

Emili Blant

“Qızıl Qlobus” da daxil olmaqla bir çox mükafatlara namizəd olan məşhur aktrisa Emili Blantın uşaq ikən kəskin kəkələmə xəstəliyindən əziyyət çəkdiyini bilirdinizmi? Məşhur aktyor heç vaxt təslim olmur, ailəsinin və müəllimlərinin dəstəyi ilə rol aldığı kiçik tamaşalarda nitq çətinliyini aradan qaldırmağa başlayır.

Oprah Winfrey

Məşhur aparıcı Oprah Winfrey həyatı boyu bir çox çətinliklərlə üzləşir. İrqçilik, ailə problemləri, təcavüz bunlardan yalnız bir neçəsidir. Bütün bu çətinliklər onu heç vaxt ruhdan salmır. Əvvəlcə məktəbdə fəxri kürsüyə düşür. Sonra universiteti tam təqaüdlə bitirir və televiziya aləminə qədəm qoyur. Bu gün Oprah proqramlarına milyonlarla insan tərəfindən baxılan bir televiziya şəxsiyyətidir və o, dünyanın ən güclü qadınlarından biridir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Amazon" baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin