BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
49809

Azərbaycan Qida Təhlükəsizliyi Agentiliyi (AQTA) 250 dönər satışı obyektində monitorinq keçirib, 249-da nöqsan aşkarlanıb. Demək olar ki, monitorinq keçirilən obyektlərin hamısında nöqsanlar aşkarlanıb. Bu rəqəmlər həddindən artıq çoxdur. Dönər satılan yerlərin çoxunda bu qədər nöqsanların olması nə ilə bağlıdır?

Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə AQTA-nın apardığı bu yoxlama zəruri olsa da, yetəri qədər deyil:

“Ona görə ki, bu obyektlər indiyə kimi nə qədər insanı zəhərləyiblər, müxtəlif xəstəliklərə tutdurublar. Bəs bu insanların hüquqları necə olsun? Və ya bu yaxınlarda Zaqatalada 40 nəfərin zəhərlənməsi ilə bağlı AQTA-nın son məlumatı ilə biz qətiyyən razı olmadıq. Çünki onların məlumatına görə, 40 nəfərin hamısı bir dönərxanadan zəhərlənib. Amma bizə məlumatlar verildi ki, həmin insanlar müxtəlif obyektlərdən yedikləri dönərdən zəhərləniblər. Buradan belə çıxır ki, dönərxanadan yox, onlara verilən xammaldan danışmaq lazımdır.

Burada da maraqlar konflikti var. Məsələn, toyuq ətini dönərxanalara göndərən müəssisəni AQTA reysterə daxil edibsə, yoxlayan zaman xammalda problem çıxarsa, qurum bunu təkzib edə bilmir. Yəni, sertifikat verən orqan ilə insanların sağlamlığının keşiyində duran orqan ayrı-ayrı olmalıdır. Eyni orqan həmin xammala icazələr verirsə və sonra oradan zəhərlənmələr olursa, bu zaman həmin müəssisə yoxlanışın AQTA tərəfindən verildiyini deyə bilər”.

E.Hüseynov deyir ki, AQTA əlində çox şeyi cəmləşdirib, “ipi boşaltmaq” lazımdır:

“Müstəqil qurumlar, laboratoriyalar, müstəqil sertifikat verən orqanlar ortaya çıxmalıdır. Belə bir şəraitdə dönərxanalar da insanları zəhərləyən bir amilə çevrilib. AQTA-da ictimai şuranın üzvü olduğum iki il ərzində AQTA-nı bu məsələlərə sövq edə bilmədim. Onlarla bu mövzularda daima aramızda mübahisələr olurdu. Bundan başqa, AQTA Kütləvi İnformasiya Vasitələri ilə işləməlidir. KİV-lərdə dərc olunan məlumatlar təqib olunmalıdır. Demək olar ki, bunlar hamısı yox dərəcəsindədir. AQTA-nın bu işləri görməsi zəruridir”.

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova deyir ki, son zamanlar dönərdən zəhərlənmələrin sayının çox olması belə monitorinqlərin həyata keçirilməsinin əsas səbəblərindən biridir. Amma monitorinqlərin keçirilməsi sevindirici hal olsa da, nəticə ürəkaçan deyil: 

“Monitorinqlərin nəticələri 99 faiz dönərxanaların insanlara bu zamana kimi keyfiyyətsiz qidaların satışının həyata keçirildiyini göstərir. Təbii ki, zəhərlənmə təhlükəli haldır. İmmun sistemi zəif, xroniki xəstəlikləri olan insanlarda, yaşlılarda, uşaqlarda özünü təhlükəli nəticələrlə göstərir. Onların içərisində xəstəxanaya qədər gedib çıxanlar, hətta, həyatını itirənlər də olur.

İmmun sistemi güclü olan insanlar həmin dönərləri yeyirlərsə, onlara da bu dönələrdən mikroblar, bakteriyalar keçir. Həmin anda özünü göstərməsə də, sonra problemlər ortaya çıxır. Müəyyən zamandan sonra həzm sisteminin, maddələr mübarizəsinin pozulması, heyvan ətlərindən insana keçən salmonella, bruselyoz kimi virusların illərlə sakit şəkildə qalıb davam etməsinə səbəb olur. Hər hansı sağlıq problemi ortaya çıxan zaman analizlər nəticəsində ortaya çıxır ki, həmin viruslara yoluxub. Bu kimi halların baş verməməsi üçün bu monitorinqlərin keçirilməsi zəruridir”.

Qida mütəxəssisi bildirdi ki, dönər satılan obyektlərin hər gün təmizlənməsi, məhsulların sanitar gigiyena qaydalarına əməl olunması, məhsulların mal qonşuluğu prinsipinə uyğun şəkildə saxlanılması, temperatur rejiminə əməl olunması mütləq vacibdir:

“Çünki bəzən kiçik bir yerdə bütün proseslər həyata keçirilir. Qış aylarında dönərin bişdiyi isti yerdə ketçup və mayonezlərin açıq şəkildə saxlanılması, istifadə olunan tərəvəzlərin düzgün şəkildə yuyulmadan istifadə olunması yolverilməz nüanslardır. Bu kimi hallar çox olduğuna görə, qaydalara uyğun olmayan dönər satış obyektlərinin fəaliyyətinə icazə verilməməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin