Sosial
10.06.2024 / 13:20
S&P Global Ratings: Azərbaycanda işsizlik səviyyəsi 4,5%-ə enəcək
49780
“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyini Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən 4,5%-dək azalacağını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.
S&P-nin proqnozuna görə, bu il ölkədə işsizlik səviyyəsi 4,7%-ə, 2025-ci ildə isə 4,5%-ə enəcək. 2026 və 2027-ci illərdə isə dəyişməz olaraq qalacaq.
Qeyd edək ki, adətən xarici maliyyə təşkilatları Azərbaycanda işsizliklə bağlı proqnozları 5-6% civarında müəyyən edir. Beynəlxalq Valyuta Fondu 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay