Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı məlum olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 782 şagird bitirir.
İdarədən verilən xəbərə görə, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.
Paytaxtda 42 070 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir.
2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay