Sosial
06.06.2024 / 10:51
Ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artıb
49568
2024-cü ilin may ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 5,1% artıb.
Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, beləliklə, ötən ilin may ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 453,1 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 476,1 manat təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,1% artıb.
Beləliklə, 2021-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 279,9 manat idisə, 2022-ci ilin dekabrında bu məbləğ artaraq, 392,2 manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay