Xaricdə təhsil alan 240 nəfər peşə tanınması üzrə imtahandan kəsilib - SİYAHI
Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib.
Bu barədə Valyuta.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi mayın 4-də kompüter vasitəsilə imtahan keçirib. İmtahanda 466 nəfər qeydiyyatdan keçmiş namizəddən 426-sı iştitrak edib, onlardan 189-u keçid balını toplayıb. Ümumilikdə 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib.
İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış üç ixtisasın ölkələr üzrə təhlili aparılıb.
Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 11 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiya Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olmuşdur. Tümen Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina almışdır.
Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak etmiş, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Belarus Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 65%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100% müvafiq imtahanda uğursuz olmuşdur. Belarus Respublikası üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Komanda-Mühəndis İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdaifə Universiteti almışdır.
Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 173 nəfər iştirak etmiş, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69% müvafiq imtahanda uğursuz olmuşdur. Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti almışdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay