BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
48957

Samir Quliyev adlı şəxs sosial media səhifəsindəki paylaşımında maraqlı bir iddia ilə çıxış edib. O qeyd edib ki, başqa avtomobilə aid olan cərimə bir hərf səhvinə görə ona göndərilib.

Valyuta.az adıçəkilən şəxsin paylaşımına istinadən xəbər verir ki, radarlar dövlət qeydiyyat nişanındakı hərf seriyasındakı “O” və “Q” hərflərini qarışdırıb.

“Dövlət qeydiyyat nişanı “FO” olan qara rəngli “Hyundai” avtomobilim var”, - deyən şikayətçi bildirib ki, ona göndərilən məlumatda dövlət qeydiyyat nişanındakı hərf seriyası “FQ” formasında olub, cərimə sənədinə əlavə edilən fotoda isə “Hyundai” yox, BMW markalı avtobilin şəkli əlavə edilib.

Üzləşdiyi məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinə aid olan 902 nömrəli Qaynar xəttə zəng etdiyini deyən S.Əliyev, həmin nömrə ilə əlaqə saxlaya bilmədiyini, cərimənin hələ də ləğv edilmədiyini iddia edib.

Qeyd edək ki, son vaxtlar texniki səhv ucbatından cərimələrin düzgün təyin edilməməsi ilə bağlı çoxlu şikayətlərə rast gəlinir. Bununla bağlı sosial şəbəkələrdə də paylaşımlar qarşımıza çıxır.

Xüsusən, nömrələrdə “Q” seriyası istifadə ediləndən sonra bu cür texniki səhvlərin sayının artdığı iddia olunur.

İddialara görə, radarlar bəzən “O” hərfi ilə “Q” hərfini fərqləndirə bilmir. Bu kimi hallardan avtomobil sahibləri və ya sürücülər əziyyət çəkirlər. Həmin şəxslər ona aid olmayan problemlərlə məşğul olmağa başlayır, lüzumsuz yerə vaxt itkisi ilə üzləşirlər.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, radarların hərfləri qarışdırılması ilə bağlı iddialar əsassızdır. Qurumdan bunun adi texniki xəta olduğu söylənildi.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə aşkar edilərkən, texniki xəta səbəbindən şəxs barəsində yalnız elektron qərar çıxarılıb.

E.Hacıyev məsələnin araşdırıldığını və texniki xətanın aradan qaldırıldığını vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin