"O şəxslərə alim deyə bilmirəm" - Emin Əmrullayev
“5 il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm”.
Valyuta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanda yaxşı tədqiqat forması yaratmaq istəyiriksə, doktrantura proqramlarımıza yenidən baxılmalıdır:
"Hər hansı yeni tədqiqat təlimi aparmırlar, sadəcə mövzu götürüb yazırlar. Tədqiqat işini aparmaq, öz sahəsinin mövzularını öyrənmək üçün 2-3 il geniş hazırlıq görməlidir. Bizdə doktrantura proqramları zəifdir. Bizdə doktranturada alətlər məhdudiyyətləri olur. Doktrantura ali təhsil səviyəsinin növbəti pilləsidir".
E.Əmrullayev qeyd edib ki, alim olmaq yazmaq deməkdir:
"Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir. Əslində, bu çox sadə prosesdir. Əgər biz tədqiqat sahəsində davranış dəyişikliyi etsək, sizi əmin edirəm ki, maliyyə dəstəyi də gələcək. Yəni Azərbaycanda tədqiqat mədəniyyətini formalaşdırmaq lazımdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay