Holberton School S.Ərəbistanında “No Code Innovation Summit”in partnyoru olub ®
İKT təhsili sahəsində ABŞ-ın Silikon Vadisindən qaynaqlanan qlobal təcrübə ilə yerli bazarda innovativ təhsil metodologiyası və ekosistemin gücləndirilməsi istiqamətində müstəsna fəaliyyət göstərən "Holberton School” S. Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “No Code Innovation Summit”də “Texnologiya Partnyoru” kimi çıxış edib. Holberton School-u tədbirdə məktəbin Azərbaycan üzrə İcraçı Direktoru Şəmsi Bayramzadə təmsil edib.
“No Code” Sammiti Yaxın Şərq və Ərəb ölklərinin texnologiya liderləri, dövlət nümayəndələri, investor və startaplarının iştirak etdiyi qlobal tədbirdir. Mayın 20-si başlayan tədbir iki gün davam edib. Şəmsi Bayramzadə bildirib ki, tədbirdə müxtəlif ölkələrdən olan dövlət nümayəndələri, texnologiya şirkətləri və ekosistem oyunçuları ilə ünsiyət qurmaq, Holberton School-un innovativ tədris metodologiyasını, vizyonu və hədəflərini bölüşmək şansı əldə edib.
Bildirək ki, Holberton School-un ABŞ, Avropa, Asiyada ümumilikdə 30-dan çox məktəbi var.
Qeyd edək ki, artıq ikinci ildir "No Code Innovation Summit"in media tərəfdaşı azərbaycanlı sahibkarların təsis etdiyi "Mediamarak Digital" Agentliyi və "PR to SKY" platformasıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay