“Universitetlərin regionlara köçürülməsi regionların inkişafına səbəb olacaq” - Ekspert
Universitetlərin regionlara köçürülməsi məsələsi ilə bağlı sual yaradan məqamlardan biri də işləyən tələbələrdir. Məlumdur ki, Bakıda təhsil haqqlarını, xərclərini ödəmək üçün işləyən tələbələrin sayı çoxdur. Regionlarda isə Bakıdakı iş imkanları yox səviyyəsindədir. Universitetlər regionlara köçürülərsə, bu məsələ həmin tələbələr üçün problem yaratmayacaq ki?
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a açıqlamasında bildirdi ki, şəhər mərkəzində yerləşən bəzi universitetlər regionlara köçürülərsə, həmin regionlara axın olacaq:
“Həm müəllim heyəti oraya axın edərək kirayə ev tutacaq və ya ev alacaq, həm də tələbələr axın edəcək. Həmin regionlar da iqtisadi cəhətdən dirçələcək. Bu, regionların inkişafı üçün də böyük stimul olacaq. İşləmək istəyən tələbə artıq regionda da iş tapa biləcək. Ümumi iqtisadi baxımdan tələbənin işləməyi nəzərə alınmır. Ümumilikdə, təhsil alan tələbənin işləməyi prioritetləşdirilməməlidir. Çünki tələbənin dərsi, akademik inkişafı və s. məsələləri var. Amma tələbə işləməyə məcbur qalırsa, həmin universitet şəhərciyinin içərisində tələbələrə yarımştat işləmələri üçün şərait yaradıla bilər. Ümumiyyətlə, universitetlərin bir qisminin regionlara köçürülməsinin tərafdarıyam. Bu, həm regionların iqtisadi inkişafı, həm də universitetlərin daha geniş imkanları olması cəhətdən daha yaxşı olacaq”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay