"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur
Məşhur "YouTube" bloggeri Erik Parkerin eyniadlı kanaldan apardığı son təcrübədə köhnəlmiş "Windows XP" və "Windows 2000" əməliyyat sistemlərinin zəifliyi nümayiş etdirilib, heç bir qorunma vasitəsi olmadan virtual maşınlar internetə qoşulub və bir neçə dəqiqə ərzində hər iki sistem çoxlu viruslar, troyanlar və digər zərərli proqramlarla yoluxub.
Valyuta.az xəbər verir ki, bu barədə "Tom's Hardware" məlumat yayıb.
"Windows XP"də ən azı səkkiz aktiv virus tapılıb, lakin "Malwarebytes" antivirusunun pulsuz versiyasında məhdudiyyətlər olduğuna görə, real rəqəm daha çox ola bilər. "Windows 2000"ə əsaslanan sistem daha çox əziyyət çəkib - bir neçə dəqiqədən sonra virus hücumu əməliyyat sistemininn tamamilə sıradan çıxmasına və mavi ölüm ekranının görünməsinə səbəb olub.
Bloger fəlakətli zəifliyi köhnəlmiş "Windows" sistemlərində müasir təhlükəsizlik mexanizmlərinin tam olmaması ilə izah edib. "Windows 7"dən başlayaraq daha yeni əməliyyat sistemləri, hətta firewall söndürüldükdə belə, müxtəlif troyanların avtomatik icazəsiz quraşdırılmasından daha yaxşı qorunur.
Təcrübə əsas təhlükəsizlik xüsusiyyətlərinə malik olmayan hər iki əməliyyat sistemi üçün ən pis ssenarini nümayiş etdirdi. Hakerlər, nmap skaneri kimi klassik şəbəkə alətlərindən istifadə edərək, nmap onları köhnə və buna görə də həssas sistemin olması barədə xəbərdar etdikdən sonra virusları və zərərli proqramları birbaşa istifadəçinin sistemində yükləyə və işlədə bilər.
Mütəxəssislər, nədənsə "Windows"un köhnə versiyalarından istifadə etməlisinizsə, təhlükəsizlik duvarı, antivirus və digər vasitələrdən istifadə edərək qorunmağı tövsiyə edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay