"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir
"Huawei" Çin bazarında bu dəfə planşet seqmentində canlanmağa davam edir. Son məlumatlara görə, şirkət 2024-cü ilin birinci rübündə "Apple"ı 10%-dən çox qabaqlayaraq birinci yeri tutub. Bu nailiyyət "Huawei"nin artıq lider mövqeyə malik olduğu smartfonlar bazarındakı uğuru sayəsində mümkün olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Gizchina" məlumat yayıb.
Çində planşet satışlarının artımı ötən illə müqayisədə 6,6%-ə çatıb. Giriş və orta səviyyəli seqmentlərdə güclü satışlar "Huawei"yə bazar lideri olmağa imkan verib. "Apple" yüksək səviyyəli cihazlar bazarında lider mövqeyini qoruduğu halda, üçüncü yeri tutan "Xiaomi", mövqeyini gücləndirən "Pad 6S Pro"nun təqdimatından faydalanıb.
"Yeni məhsulların olmaması və Çin istehsalçılarının gərgin rəqabəti birinci rübdə "Apple"ın ümumi bazar payının azalmasına səbəb olub. "Apple"ın tədarükləri ilk növbədə köhnə modellərin inventarını təmizləməyə, şirkətin rəqabətli bazarda üzləşdiyi çətinlikləri vurğulamağa yönəldilib", deyə "Gizchina" yazır.
Dördüncü yerdə olmasına baxmayaraq, "Honor" məhdud məhsul çeşidinə görə premium seqmentdə məhdudiyyətlərlə üzləşib. Bazar liderlərinin reytinqini giriş səviyyəli planşetlər üzrə ixtisaslaşan "Lenovo" tamamlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay