BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
47939

Yaşınızdan, təcrübənizdən və ya diplomunuzdan asılı olmayaraq, ilk iş günü həmişə həyəcan dolu olur. Bu yazıda ilk iş gününün həyəcanının, əl-ayağınızın bir-birinə dolaşmasına icazə verməmək üçün Valyuta.az komandası olaraq sizə faydalı olacaq təklifləri bir araya topladıq. Əvvəla, nə olursa olsun, hər kəslə aranızda bir qədər məsafə saxlayın və bir sözlə, dərhal açılmayın. Beləliklə, ilk iş günündə görülməsi məsləhət olan işlər arasında nələr var?

- Tez gedin!
Hətta deyə bilərik ki, vaxtından əvvəl gedin. Beləliklə, insanlar gəldikcə bir-bir görüşə bilərsiniz. Bu həm də müəyyən mənada sizin iş intizamınızın göstəricisidir.

- Geyiminizə fikir verin!
Şübhəsiz ki, siz buna mütləq diqqət yetirəcəksiniz, lakin bu maddəni əlavə etmədən bu məqaləni yazmaq mümkün olmayacaq. Əgər rəsmi bir ortamda işləməyə başlayırsınızsa, geyim olaraq özünüzə ciddi kostyumlar seçməyi unutmayın. Agentlik mühitidirsə, daha rahat ola bilərsiniz, amma bu, əlbəttə ki, işə cırıq cins şalvarla getməli olduğunuz anlamına gəlmir. İş müsahibəsi zamanı bu detalları mütləq soruşun. 

- Təşəbbüskar olun!
Siz ətrafı müşahidə etmək istəyə bilərsiniz və haqlısınız da. Ancaq bu, kənardan izləməkdənsə, həmin ortama daxil olmaqla edilsə, daha yaxşı olardı. Həmişə ünsiyyətə açıq olun. Pozitiv olmaq və gülümsəmək həmişə alqış alır. Utancaq olmaq hər zaman yaxşı deyil. Təşəbbüskar, inamlı və özünə güvənən olduğunuzdan əmin olun. 

- Təvazökar davranın!
Bu ilk gündə "mən" ilə başlayan cümlələrdən uzaq durmağınız sizin üçün faydalı ola bilər. Daim özünüz, iş və həyat təcrübələriniz haqqında danışmaq sizi itici göstərə bilər. Bunun əvəzinə daha qısa cümlələrlə, mümkünsə “mən”dən uzaq olan cümlələrlə özünüzü tanıtmaq faydalı olardı.

- Qeydlər edin!
Əsas məqam budur. Əzbərləmə və qavrama qabiliyyətinizin nə qədər güclü olduğundan asılı olmayaraq işin ilk günündə antipatik olmağa ehtiyac yoxdur. Sizə izah olunan bir şey sizə uşaq oyunu kimi gəlsə belə, mütləq qeydlər aparın. Qeydlər aparmaq həm də işinizə nə qədər önəm verdiyinizin göstəricisi olacaq.

- Telefonla aranıza məsafə qoyun!
İlk iş günündə özünüzü mobil telefonunuzdan və ya sosial media hesablarınızdan məhrum etsəniz, əmin olun ki, heç nə itirməyəcəksiniz. Sosial media aludəçisi kimi davranmaq və ilk iş günündə şirkətin ortasında selfi çəkmək kimi səhvlərə yol verməyin. Bir az soyuqqanlı olmaq yaxşıdır.

- Şəxsi məlumatlarınızı paylaşmayın!
Siz mehriban bir insan ola və hər kəsə özünüz haqqında tez məlumat verməyi sevən biri ola bilirsiniz. Ancaq unutmayın ki, olduğunuz yer bir iş ortamıdır. Qoy həyat yoldaşınız, uşağınız, sevgiliniz və ailəniz sizin üçün xüsusi qalsın. İlk gündən həddindən artıq mehriban olmaq da mənfi mənada diqqəti cəlb edə bilər.

- Nahar təklifindən imtina etməyin!
Nahar üçün yaxınlıqda olan bir dostunuzla görüşmək istəyə bilərsiniz. Ancaq ilk günlərdə bunu etməyin. Unutmayın ki, yeni bir ortamda işə başlayırsınız və bu naharlar ünsiyyət üçün əla fürsətdir. Nahar təkliflərindən imtina etməyin və mümkün qədər sosial fəaliyyətlərə qatılmağa çalışın. Başqa sözlə, ortam və komandanızdan çox da uzaqlaşmamağa səy edin.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin