Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
Bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasıyasının (EIA) hesabatında bildirilir.
Məlumata görə, 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.
Xatırladaq ki, bu ilin mart ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının iştirakçısıdır. “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay