Energetika
01.05.2024 / 14:06
"Azərenerji"nin ixrac gəlirləri 7 dəfə azalıb
47290
Bu ilin birinci rübündə "Azərenerji" ASC 40,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240,6 milyon ABŞ dolları və ya 7 dəfə azdır.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay